Menu

ÜST COVID-19-un yeni növü ilə bağlı iclas çağırır

22.12.2020, 14:27
ÜST COVID-19-un yeni növü ilə bağlı iclas çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniyada təsbit edilmiş koronavirusun yeni ştammı barədə məlumatları müzakirə etmək üçün iclas keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge tvitter səhifəsində məlumat verib.

“ÜST test strategiyalarını müzakirə etmək və virusun yayılma riskini azaltmaq üçün üzv dövlətləri iclasa çağıracaq”, - o yazıb.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.

Şərhlər

RR 2020-12-22 15:31:04

Bu gün 12 nömreli marşuruyda şofer maskasız sürür. Polis bna-nın işçileri heç kim onlara baxmır avtobusun nömresi 10 TF 977. 1 nömreli marşurut avtobusa sernişin maskasız minir şofer heç ne demir men sumkadan ona maska verdim. Avtobusda maska çeneden altda neçe nefer var idi. Biz bunun qarşısın heç ne ile ala bilmeyeceyik. Milletimiz sonu çatıb bele getse

Vətəndaş 2020-12-22 14:30:15

Beynəlxalaq cinayətkarlar bu yolla insanları tam məhv etmək fikrindədirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol