Rusiya Dövlət Dumasında prezident Vladimir Putini Donetsk və Luqansk “xalq respublikalarını” Rusiya Federasiyasına birləşdirməyə, beləliklə də onları Rostov vilayətinin bir hissəsinə çevirməyə çağırıblar.
«Yujnıy Federalnıy» nəşrinin yazdığı kimi, uyğun təşəbbüslə Liberal Demokrat Partiyasından olan deputat, Dövlət Duması Müdafiə məsələləri komitəsinin sədr müavini Aleksandr Şerin çıxış edib.
Deputatın fikrincə, Donbas “respublikalarını” birləşdirmə prosesini mümkün qədər tez və nə qədər ki, Ukrayna NATO-a daxil omayıb, başlamaq lazımdır.
Şerin xatırladıb ki, Luqansk və Donetskdən Rostova avtomobillə cəmi 2 saatlıq yoldur. Ona görə də vacibdir ki, NATO qoşunlarının Ukraynaya daxil olmasına qədər “DXR” və “LXR” Rusiyanın tərkibinə daxil olsunlar.
Onun fikrincə, Rusiya artıq belə addım atmaq üçün kifayət qədər güclüdür.
AzPolitika.info


Şərhlər
Ölkələrin sonu yaxınlaşdıqca onların narahatlığı artır.Bütün imkanlarını hərbi relsin üzərinə çıxarmaqla zamanın gedişində zorla duruş gətirən Rusiya üçün xilas yolu olmayacaq.Rusiya zorla ilhaq olmuş millətlərin dövlətidir.Belə dövlətlərin dağılması an məsələsidir.