Menu

Özünə ad günü məclisi təşkil edən məktəb direktoru cərimələnib

23.12.2020, 10:19
Özünə ad günü məclisi təşkil edən məktəb direktoru cərimələnib

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, fakt təsdiqini tapdığından N. Məmmədova və məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunub və onlar cərimələniblər.

Qeyd edək ki, Bakı şəhəri 187 saylı tam orta məktəbin direktoru N. Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Şərhlər

Eko 2020-12-23 12:55:07

Hele bu direktorun vidne baxin ?!!!

RT 2020-12-23 12:08:48

Niye tôhmet ?Adami kimdi bunun ? Bu vaxti ,,, ne qeder shehid vermishik !!! Utanmir bu direktor ? Yere qirmir ? Bes nazir hara baxir ? Metanet isqenderli utanmirsan ????? .

Mehdi 2020-12-23 11:33:54

Çərimə nədi ey,onu isdən qovmaq lazimdi.Çərimə yox bir danlamaq.

Ilqar 2020-12-23 11:13:23

Nə mötəbər kadrdır ki, şiddətli töhmətl\ə kifayətləniblər. Bunun özü qanunları saymır, bu nə öyrədəcək şagirdlərə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol