"Mərkəzi Bankın (MB) rəhbəri "büdcə kəsirinin maliyyələşmə dayanıqlılığının itirməsi problemi ilə qarşılaşırıq fikri" yaxın illərdə büdcə kəsirinin gözlənilən böyük miqyası ilə bağlı narahatlığın olduğunu göstərir. Bu problem hökumətin makroiqtisadi tənzimləmə fəaliyyətini mürəkkəbləşdirir".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın sədri Elman Rüstəmovun dediklərini şərh edərkən bildirib.
Xatırladaq ki, Milli Bankın sədri Miili Məclisdə çıxışında Azərbaycanın dövlət büdcəsinin kəsirində gələn il də artım olacağını, ümumiyyətlə büdcə kəsirinin hər il artacağını bildirib: “Bəzən büdcə kəsirinin maliyyələşdirilməsilə bağlı dayanıqlılığın itirilməsi problemi ilə qarşılaşırıq. Bütövlükdə, qeyri-müəyyənliklər, görəcəyimiz bərpa işləri ortamüddətli dövrdə proqnozlaşdırılır və bizim ortamüddətli proqramımıza ciddi təsir göstərəcək. İndiki reallıqlar, xüsusilə neft reallıqları tələb edir ki, daha yığcam rejimə keçək, yenidən büdcə qaydasına qayıdaq, makroiqtisadi dayanıqlılığı təmin edək”.
R. Ağayev qeyd edir ki, 2 milyard manat daxili borclanma həddən artıq böyük məbləğdir.
"Nəzərə alanda ki, daxili borclanma üçün əsas maliyyə mənbəyi bank sektorudur, deməli banklar risksiz qiymətli dövlət kağızlarına kreditlərdən daha artıq həvəs göstərir.
İqtisadi fəallığın onsuz da aşağı olduğu, pul kütləsinin məhdudlaşdırıldığı şəraitdə daxili borclanma kanalı vasitəsilə maliyyə sistemindəki sərbəst resursların "nasos" kimi sorulması problemdir. Burda çıxış yolu odur ki, vətəndaşlar bankardan daha fəal istiqraz alıcısı olsun"-deyə iqtisadçı vurğulayıb.
"AzPolitika.info"


Şərhlər