Direktorun yubileyi

Zamin Hacı

“Fillər aslanlara hörmət edir. Aslanlar da pələnglərə.

Yalnız bitlər heç kimə hörmət qoymur” 

(Sergey Dövlətov)

Bakı məktəblərindən birinin direktoru özünün 60 illik yubileyini qeyd edibdir, kimsə bu möhtəşəm bayram tədbirindən videonu internetdə yayıbdır, təhsil naziri qəzəblənərək direktora şiddətli töhmət vermişdir. Dünən direktora növbəti cəza polis idarəsindən gəlmişdi - karantin rejimini pozduğu üçün xanımı cərimə etmişlər. Bir ata sözümüzdə bu cür ikiqat cəzalar təsvir edilmişdir, hərçənd yeri deyil yazaq. Məncə xanım direktorun hüquqlarını müdafiə üçün hansısa komitet qayırmağa da ehtiyac var. Axı qanuna görə bir nəfəri hansısa əməlinə görə iki dəfə cəzalandırmaq olmaz! Vallah. Əziz canım üçün belədir.

Əlim dinc durmadı, internetdə axtardım ki, görüm bu direktorun yubiley tədbirləri nə cür olmuşdur. Sevindim. Çünki hardasa Şuşanın alınması qədər təntənəli keçirilmişdi. Müəllimələr oynamış, oxumuş, kəndirbazlıq etmiş, ibtidai sinif müəlliməsi Bibixanım müəllimə 32 kiloluq daşları oynatmış, bədən tərbiyəsi müəllimi Gülbala bəyin üstündən Qaz-53 avtomobili keçmiş, əlaçı şagirdlərdən Məsməgülüm kövrək şeirlər oxumuş, məktəbin məzunlarından, yeddi il qabaq Dağıstan Kosmik Tədqiqatlar İnstitutunun Məştağa filialına yüksək keçid balıyla girmiş Əliqulu direktorun şərəfinə təsbeh fırlatmışdır... üzr istəyirəm, nağarada milli musiqi nömrələri ifa etmişdir.

Zarafat eləmirəm, o boyda məktəbin bu boyda direktorunun 60 illik yubileyindən görüntülərdə əgər orada bir ziyalı yığıncağının keçirilməsinə dair yarım saniyə tapmaq mümkün olardısa, bu yazını yazdığım klaviatura mənim gözümə girsin. Vallah, hər şeyi başa düşürəm. Çətin zəmanədir, hərə bir cür başını fırlayır. Müəllim peşəsinə hörmət qalmayıb. Məktəblə bazar çoxdan sinonim sözlər olub. Ancaq ta direktora ad günündə sırğa taxmaq nədir?

Hərçənd, internet həmin direktorun ötən illərdəki fəaliyyətləri haqda önümə elə linklər atdı ki, bu yubileyə şükür elədim. Məsələn, bir linkdə direktor jurnalistə ağzına gələni deyirdi. Başqasında saçlarına iki bayraq taxıb (?!) balta ilə ət doğrayırdı. Əslində çox orijinal adam deyə bilərik. Vətən belə direktoruyla fəxr etməlidir, yuxarıda yazdığım tənqidləri geri götürürəm. Mən həmin direktor haqda nə pis söz yazmışamsa, hamısı ikiqatıyla özümə gəlsin. Nazir də lütfən, o şiddətli töhməti ya ləğv eləsin, ya da özünə yazsın.

Biz seçilən insanlarımızın qədrini bilməliyik. Keçən həftə apteklər “korona dərmanı paketi” adıyla 53 manatlıq qutuları satışa çıxardılar. Üstünə də “Təbib” idarəsinin adı vurulmuşdu. Camaat narazılıq edəndə idarə paketdən boyun qaçırdı. Dedilər bunu bir dərman firması hazırlayıb, özlərini bizə oxşadıblar, tapşırmışıq, adımızı qutudan siləcəklər. Deyəsən sildilər də. Ancaq nə dəyişdi ki? Guya heç kim bilmir ki, o dərman firması hansı deputatındır? 

Guya tibbə baxan rəsmi şəxslərin Tarif Şurasının dərman qiymətləri haqda qərarlarından, lap heç o şura olmasın, dünya qiymətlərindən xəbəri yoxdur? Axı həmin gülməşəkər paketdəki “C vitamini”nin 20 dənəli tableti TŞ-da topdan 4 manata, pərakəndə 4 manat 82 qəpiyə qeydiyyatdan keçib. (Paketi qayıran “alimlərin” rəyinə görə pasiyent bundan 20 gün, hər günə 2-4 tablet olmaqla atmalıymış). Maqnezium ampulu yazıblar, bunun 10 dənəsi yenə TŞ-də 1 manat 13 qəpikdir. D3 vitamini də 5 manatdan 13 manata qədər qiymətədir. Başqa bir-iki vitamin də vardı, qiymətinə baxmağa həvəs olmadı. Üst-üstə toplasan heç cür 25 manatı keçməz. Bəs indi soruşmaq lazımdır ki, o paketin toplam qiymətini 53 manata qaldıran inhisarçı kimdir? Suala düzgün cavab tapana məktəbdə yubiley keçirəcəyik.(musavat.com)

635x100

Şərhlər

Eli 2021-01-12 21:00:43

Zamin bey menim Size ve senetinize çox böyük hörmetim var.Siz adi yurnalist yox hem de vicdanlı yeni haqqı nahaqqın ayagına vermeyen bir insansınız Hemişe Sizin yazıları oxuyanda rehmetlik dahi Mirze Celil yada düşür ve tebii ki rehmet oxunur ona ,Size ise uzun ömr cansağlığı arzulanılır.Çox isterdim Sizin yazıları Azpolitikda tez tez görek

Eli 2021-01-12 14:27:14

Zamin bey menin Sene ve senetşne çox böyük hörmetim var mence Sen adi yurnaöşst yox

Eli 2021-01-11 01:54:04

Tehsil nazirliyine belke bir hekim nazir qoyulsa tehsilimiz Sağalar

MƏN 2020-12-27 19:50:08

Vallah onsuz da təhsil reanimasiyada idi,Ceyhun onu tez-bazar fatihəsini oxutdurub,getdi siyasətə ,ölkədə artıq təhsil,məktəb adlı məhfum yoxdur,vasmoy bazarı təhsildən daha insaflı və urvatlıdır,10 aydır təhsil məsafədən idarə olunur,fikirləşirəm ki,bu başıbəlalı təhsilə yaxınlaşmaq bu qədərmi xətalıdır,direktorlar ın 90 % i kiçik padşahdır,ölkəmiz balacadır,bunların nə işlə məşğul olduğu hamıya məlumdur, Eh nə isə söz çoxdur,yazmaq hələ ki,mənasızdır,..

Müfəttiş 2020-12-26 18:12:50

Bilirəm ki Qarabağdan əlavə İrəvanı da götürsək də mahiyyətimiz dəyişən deyil.Allah şəhidlərimizə rəhmət etsin.

Veteran 2020-12-26 17:30:27

Belələrinə hansı əcayib adlar versən hamı razılaşar,bircə müqəddəs müəllim adından başqa.

Metin 2020-12-24 13:34:36

Bu məktəb direktoru ,,müəllimə,, haqqında yazmağ istəməzdim ,amma coxdan bəri onun bir əməli yadımdan hec cıxmlır və hər xatırladıca həyatım boyu gördüyüm MÜƏLLİM-lərimimin həyatdan köcmüşərin ruhu qarşısında baş əyir ,sağ olanlarına can sağlığı diləyirəm.Necə il öncə böyük əksəriyyət insanlarında saflıq ,islami -mənəvi dəyərlərə malik insanları olan Maştağa kəndində təzə məskunlaşmıdım.Böyük bir sevinclə həyat yoldaşımla bərabər oğlumu götürüb məktəbə yollandıq.Məktəbin acılış günü idi biz ora çatanda Nailə xanım alovlu nitq söyləyirdi.Nitqində ,,qurban olum bizim Maştağa camaatına ,gəlmələr bir şey olan kimi gedib ora-bura şikayət edirlər,, deyə ikrah doğurucu bir ifadə işlətdi. Uzun illər bu adam yadıma düşəndə öz cirkin məqsədilə bütovlük,birlik ,mənəviyyat dərsi kecməli olduğu halda bir ziyallının belə küçə pisixologiyalı söhbəti bu adamın bütün mahiyyətini acır.Bu adamın uzun illər (böyük alim və ziyallı Əhmədağa Əhmədovun oxuduğu məktəbə ) rəhbərlik etməsi yolverilməzdir .Məktəb cəmiyyətimizi bütövləşdirən, ziyalandıran bir ocaqdır.Biz bu gün məhz bütövlüyümüz ,birlik və bərabərliyimi sayəsində QALİB olduq.

OQTAY 2020-12-24 12:36:04

Butun Dovlet orqanlarinda,ISLAHAT qacilmazdir!Cemiyetmizde dovlet orqanlarinda coxlu sayda,savadsiz kadrlar var ki,hec ozunden xeberi yoxdur!!!Butun memurlar isden qovulub,yerine cavan savadli,kadrlarla e

Şaiq 2020-12-24 12:11:33

Hörmətli Zamin bəy, bizdə inhisarçı zad yoxdur. Üzərinə TƏBİB yazılmış boş paketin qiyməti 30 manatdir. "Sağ olsun dünya şöhrətli təbib -imizi", 2 manat güzəşt edib.

Son yazılar