Prezident İlham Əliyev ötən işğaldan azad edilən Qubadlı rayonunun Qəzyan kəndinə səfəri zamanı ermənicə kənd adı yazılmış lövhəni görərək onu sökdürüb. Dövlət başçısı özü avtomobili idarə edərkən həmin lövhəni görüb və “ermənicə nəsə yazıblar orada” deyərək avtomobili saxlayıb. Daha sonra isə həmin lövhə sökülüb. Prezident lövhəni tapdalayıb.
Qeyd edək ki, işğalçılar Qarabağın işğal edilmiş ərazilərində bütün kənd, qəsəbə və şəhər adlarını dəyişdirmişdi, onları bu torpaqlarla heç bir bağlantısı olmayan erməni toponimləri ilə adlandırmışdı. Azərbaycan ordusu torpaqları azad edəndən sonra işğaldan xilas edilən yaşayış məntəqələrinin də adları özünə qaytarılır.


Şərhlər
Hörmetli prezident inşallah tez bir zaman içerisinde öz ellerinizle Xankendine bayrağımızı sancasınız
Xatılayırsınızsa 10 noyabr " kapitulyasya" sından sonra , rus " sülhməramlı" larının Qarabağa yerləşdirilməsinə, mənifi reaksiyasını neytrallaşdırma turnesinə çıxmışdı. Yəqin ki, 2-3 gün bundan öncə putinin "sülhməramlıların " sayının artırılmasının tərəflərin "razılığı" ilə ola bilər sözünü də unutmamısınız. Deməli " razılığı" alıb. Yəqin yaxın 3-5 günə bu " razılığın" ortaya çıxmasıyla ortalıq toz- duman olacaq. Toz- dumanın tez yatışması üçün su səpmə əməliyyatı aparılır. .