Menu

Orta aylıq pensiya məbləği 10,4% artırılacaq

25.12.2020, 14:30
Orta aylıq pensiya məbləği 10,4% artırılacaq

"Cari illə müqayisədə növbəti ildə orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində və ya 10,4% artması proqnozlaşdırılır".

"Report" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu da həmin dövrdə ölkə üzrə infilyasıya səviyyəsindən (3,0%) nəzərəçarpacaq dərəcədə çoxdur. Bu isə öz növbəsində pensiyaçıların sosial müdafiəsinə müsbət təsir göstərəcəkdir.

Şərhlər

Bashirov Qarib 2020-12-25 16:18:52

Axı,qanun qəbul olunub.Əmək pensiyaları illik orta əmək haqqının orta illik artımına uyğun olaraq artırılır.Şox qəribədir, orta illik əmək haqqı çox artanda, pensiyalar infilasiyaya isnad edilir. Əksinə , infilyasiya yuksək olanda isə orta əmək haqqına uyğunlaşdırılır. Odur ki, əmək haqqı ilə pensiya arasında dəfələrlə fərq yaranıb.Hadı Rəcəblini itirdik, ona oxşarını tapdıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol