Menu

UNEC-də təlimlər: Biliyin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası

25.12.2020, 18:55
UNEC-də təlimlər: Biliyin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası

Dövlət İmtahan Mərkəzi (DİM) və UNEC-in birgə təşkilatçılığı ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası ilə bağlı təlimlər keçiriləcək.

25-29 dekabr tarixlərində keçiriləcək təlimlər DİM-in məsul şəxsləri tərəfindən aparılacaq.

Təlimlərdə tədris materiallarından istifadə etməklə testlərin hazırlanması üsulları, testlərin formaları və onların tərtibində stilistik, orfoqrafik tələblər, testlərin monitorinqi və ekspertizası, test bazası və onun yenilənməsinə olan tələblər barədə geniş təqdimatlar olacaq.

Təlimlər UNEC-in rəsmi Facebook (www.facebook.com/unecedu) səhifəsi üzərindən canlı yayımlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol