Azərbaycan XİN özündə cəsarət tapıb dərhal Rusiyaya bu cür təxribatlara gedilməməsinə dair nota verməlidir
Bu gün bəzi yerli internet seqmentində Qarabağdakı Rusiya sülhməramlılarının Azərbaycana qarşı növbəti təxribata əl atması barədə xəbər yayılıb. Xəbərdə bildirilir ki, sülhməramli qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, ermənilərin müharibədən sonra birdəfəlik itirdikləri xəyali arzuları- qondarma “dqr”in “bayrağı” da asılıb.
Yayılmış xəbəri araşdıranda məlum oldu ki, əslində söhbət heç də Rusiya Sülhməramlı Mərkəzin rəsmi informasiya mərkəzindən getmir. Əgər həqiqətən də Rusiya tərəfi gündəlik yayılan rəsmi informasiya büllütenin də bu cür təxribat etsəydi, bu daha böyük skandal olardı. Baxmayaraq ki, indiki də elə də kiçik hadisə deyil...
Bu haqda danışmazdan öncə qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında (mil.ru) sülhməramlı missiyanın gündəlik məlumatı Moskvadan yayımlanır. Bu brifinq isə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiyalar Departamentinin rəhbəri general Konaşenkoya həvalə edilib.

Qarabağdakı sülhməramlılardan alınmış məlumatları məhz gündəlik o elan edir. Yalnız istisna hallarda bu işi Qarabağdakı sülhməramlıların rəhbəri general leytenat Rüstəm Muradov və ya müavini polkovnik Dmitri Perepelkina görür.
Bəs yayılmış şəkil harda çəkilib və Rusiya sülhməramlıları bu təxribatda iştirak edibmi?
Qısa araşdırmadan məlum oldu ki, sözügedən qondarma “bayraq” Xankəndindəki bir məktəbdə lentə alınıb.

Musavat.com-un məlumatına görə, bununla bağlı sülhməramlı qüvvələrin büllütenində xəbər və müvafiq fotolar var. Xəbərdə bildirilir ki, Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndində(xəbərdə Stepanakert yazılıb) orta məktəbin şagirdləri üçün məşğələ keçiblər. Burada şagirdlərə partlayıcı obyektləri aşkar edərkən təhlükəsizlik tələblərinə riayət olunması ilə bağlı danışıblar. Həmçinin mütəxəssislər məktəblilərə ilk tibbi yardım qaydalarını nümayiş etdiriblər. Təlimlərdə ümumilikdə 80-dək şagird, müəllim və məktəblilərin valideynləri iştirak ediblər.

Şübhə yoxdur ki, ermənilər bu “parça oyunu” ilə azərbaycanlıların əsəblərinə toxunmağa, hələ də "müstəqil dövlət" iddialarından əl çəkmədiklərini, sülhməramlı qüvvələrin da ermənilərin tərəfində olduğunu göstərməyə çalışıblar. Əlbəttə, ermənilərin niyyəti aydındır.
Bəs Rusiya sülhməramlıları, onlara rəhbərlik edənlər hansı məqsədlə ermənilərin bu cılız oyununda iştirak edirlər?
Bunu bilməyərəkdən etdiklərini düşünmək, özümüzü aldatmaq olardı. Əgər belə olsaydı, qondarma “dqr”in “bayrağını” Rusiya bayrağı ilə qoşa asılmasını əks etdirən rəzil fotoları rəsmi bülletenlərində yerləşdirməzdilər...
Deməli, Rusiya sülhməramlıları bilərək, istəyərək bu addımı atıblar. Rəsmi Moskvanın buna göz yumması, Rusiya bayrağının belə çirkin oyunlara alət edilməsi ilə razılaşması isə Kremlin də bölgədə izləyəcəyi siyasətin heç də Azərbaycanın maraqlarına uyğun olmayacağını indidən açıq nümayiş etdirir.
Odur ki, Azərbaycan XİN özündə cəsarət tapıb dərhal Rusiyaya bu cür təxribatlara gedilməməsinə dair nota verməlidir. Sabah daha böyük təxribatlarla üzləşməmək üşün...
Elman
AzPolitika.info

Şərhlər
Miriyə: Sizinlə tam razıyam, çox düzgün qeyd edirsiniz...
Bəs ölkənin müstəqilliyi pozulanda,ərazisində başqa ölkə qanunsuz hərəkətlərə yol verdikdə XİN hərəkətsiz qalmalıdır? .... Niyə milli Məclis bu halları müzakirə etmir. Xankəndinin Rusiya tərəfindən rəsmi Stepanakert yazılarına niyə reaksiya verilmir?Axı bu qurumların vacib vəzifələri indiki halda bunlardır....
Deməli,Putin "Qarabağ Azərbaycandır"-deməklə Azərbaycan hakimiyyətini aldadırmış?Bundan sonra da Putinə inansaq,vay bizim halımıza..
Rusların Qarabagda ömürlük qalma planları üçün əməlli-başlı iş gürürlər,bizimkilərin razılıgına indi heç saya salan da yoxdur.Azərbaycan Türkiyə qüvvələrinin burada yerləşməsinə təcili kömək
Moskvanın hərəkətlərinin nədən xəbər verdiyi elə ilk günlərdən ordusunu Yerevan aeroportundan göndərəndən bəlli idi.Sadəcə allah axırını xeyr etsin.anlaşılmayan çox şeylər hiss olunurTezliklə Türkiyənin ruslarla birgə iş apatmasına ehtiyac var.Yoxsa axırı yxşı görünmür.
BU BIZIM ANALOQU OLMAYAN XArici siyasetimizin,,UQURU,,DUR
Bu işi başlı-başına buraxmaq olmaz, nota verib izahat tələb edin, qorxmayın. Millətimiz yanınızdadır
Ay SÖZ SAHİBİ, VƏTƏN MÜDAFİƏÇİLƏRİ CANLARINI QURBAN verirdilər ki, biz həmin əraziləri sülməramlılara verib, geri qaçaq? Niyə, hər sülhməramlının yanında adekvat səviyyəli Azərbaycan SÜLHMƏRAMLISI, ya sərhədçisi cənabi Gəncəliyevin icma nümayəndəsi ilə müşayiət edilmir? Buna da beş hazırlıq gərək?
Rusların Qarabagda ömürlük qalma planları üçün əməlli-başlı iş gürürlər,bizimkilərin razılıgına indi heç saya salan da yoxdur.Azərbaycan Türkiyə qüvvələrinin burada yerləşməsinə təcili kömək
Nə düşmüsnüz XİN-nin üstünə?.. O çağırıb rusları Qarabağa?.. Faktı açıq deyə bilmirsiniz,onda oturun yerinizdə , "Qələbəni" qeyd edin...
Bu gedişlə Rus sülhməramlılarına tapşırığın da şübhəli olduğu artıq neçənci dəfədir üzə çıxır.Ancaq indiyə qədər XİN Rusiyaya heç bir tələb verməyib.Əvvəla.əgər Qarabağ Azərbaycan hesab edilirsə niyə Rusiya Xankəndini Stepanakert adlandırır? Sülhməramlılar niyə təkcə ermənilərlə məşğuldur? üçüncüsü, niyə sülhməramlılar daim Arutyunyanla birmasadadırlar?
Minanin yerini ermeniler chox yaxshi bilir, oradaki minalari ermeni digalari ozleri basirib ve yerlerinide chox yaxshi bilirler. Hemin yerde hemishe o digalar olub, bizimkiler hemin erazilerde hec olmayiblar. Ruslarin bu mina axtarmasi neden xeber verir onlarin ozlerinden bashqa hec kim bilmir. Bu mina axtarmaq emeliyyatina son qoymaq lazimdir. Olke erazisinde yenede 5-ci kolonun uzvuleri bash qaldirib, Speyse televiziya kanalida onlarin ruporuna cevrilib. Bu xalq kimin dushmen ve kimin dost oldugunu yaxshi bilir. Hemin satginlara ders vermek lazimdir, bu xalqin var-yoxunu hemin satginlara mal etmek olmaz. Shehidlerin ruhu, onlarin ana bacilarinin ah nalesi, goz yashlari hele qurumayib.
Ruslar öz torpağı kimi hərəkətə keçiblər. Xarici işlər nazirimiz Sonra gec olacaq
... Bütün siyasi elm bilgiləri olan hər kəs bilir ki, rusların bu hərəkəti məhz erməni separatçılarının himayə etmək üçündür. Himayə məsələsində bayrağı da olacaq, status da, ərazi də. Vəssalam.
Azad olunmuş ərazilərdən klip çəkdirməklə məşğuldular
Bizim xarici işlər nazirliyi boş boş görüşlər keçirməklə məşğuldur....