Menu

Yaponiya sərhədlərini bağladı

26.12.2020, 18:22
Yaponiya sərhədlərini bağladı

Yaponiya hökuməti ölkəyə girişi müvəqqəti olaraq bağlayır. “Report” “Kyodo”ya istinadən xəbər verir ki, bir sıra ölkədə koronavirusun yeni ştamı aşkar olunduğu üçün hökumət dekabrın 28-dən gələn il yanvarın 31-dək xaricdən ölkə ərazisinə girişi dayandırmaq barədə qərar çıxarıb.

Qeyd edək ki, indiyədək Yaponiyada COVID-19 virusuna 218 385 nəfər yoluxub, bunlardan 3 052 nəıfər ölüb, 180 032 nəfər isə sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol