Menu

Türkiyəyə gələn 6 yaşdan yuxarı sərnişinlərlə bağlı yeni qayda elan edilib

27.12.2020, 15:43
Türkiyəyə gələn 6 yaşdan yuxarı sərnişinlərlə bağlı yeni qayda elan edilib

“Bu il 29 dekabrdan etibarən ölkə xaricindən hava yolu ilə Türkiyəyə gələn 6 yaşdan yuxarı olan bütün sərnişinlər uçuşdan əvvəlki son 72 saat içində koronavirusla (SARS-CoV-2 PCR) bağlı edilən neqativ test cavabını təqdim etməlidirlər”.

APA bildirir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyi bildirib.

Bildirilir ki, test cavabını təqdim etməyənlərin uçuşuna icazə verilməyəcək. Bu qayda eyni zamanda Türkiyədən başqa ölkələrə keçən sərnişinlər üçün də tətbiq edilir.

Bu qaydanın bu martın 1-nə kimi davam edəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol