Menu

Qalmaqallı məktəb direktoru işdən çıxarıldı

28.12.2020, 13:54
Qalmaqallı məktəb direktoru işdən çıxarıldı

Bakı şəhəri 187 saylı məktəbin direktoru Nailə Məmmədova vəzifədən azad olunması üçün ərizə ilə Təhsil Nazirliyinin rəhbərliyinə müraciət edib.

Bunu “Report”a açıqlamasında N.Məmmədova özü deyib.

“Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə bildirib ki, artıq Nailə Məmmədli vəzifəsindən azad edilib:

"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".

Qeyd edək ki,N.Məmmədli Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günün məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunub.

Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Şərhlər

Mehdi 2020-12-28 15:37:36

Nətəri də qardas bacinin sifətləri eynidir.Bu qadina usaq ,şagird tapsirmaq olar?Bunun açiqi tutsa usaqlari basib yeyər vallah.

Qaxlı 2020-12-28 15:18:38

Yaxşı olardı ki,Qax rayon 2 saylı məktəbin direktoru,heç kəsi saymayan,ağlı azışan, peşəkar seçki saxtakarı, 90 yaşlı Şəkər Abdullayevanı da məcbur edərdilər istefa verməyə.Bu insan hal hazırda bütün kollektivi özü qazanmayan titulları ilə təngə gətirib.Təhsil nazirimiz bu kimi halları nəzərə alıb bu adamı məcbur edərdi ərizə yazmağa.

Roma 2020-12-28 14:47:08

Bu da bizim məktəb direktorunun "səviyyəsi", Xalq minlərlə Şəhid verib, bu isə, “Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”, deyir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol