Menu

"Milli Şuranın "Müsavat"ı görməməzliyə vurması..." - RƏSUL QULİYEV

13.10.2014, 16:44
"Milli Şuranın "Müsavat"ı görməməzliyə vurması..." - RƏSUL QULİYEV

“Müsavat Partiyasının liderlərinin Milli Şuranın mitinqinin rəyasət heyətinə dəvət olunmaması normaldır”.

Bu fikri Hafta.az-a açıqlamasında sabiq spiker Rəsul Quliyev Milli Şuranın mitinqinə münasibət bildirərkən deyib. O, fikrini belə əsaslandırıb:

“Birincisi, bu partiya MŞ-nın üzvlüyündən çıxıb, ikincisi, mitinqin keçirilməsinin təşkil olunmasında iştirak etməyiblər. Əksinə, onları dəvət etsəydilər, düzgün olmazdı. Müsavat Partiyasının liderlərinin məqsədi mitinqdə iştirak etmək deyildi. Sadəcə olaraq, seçilmiş yeni başqanı leqitimləşdirmək idi. Yəni yeni başqan rəyasət heyətində olsa idi, bu gün artıq onun MŞ tərəfindən qəbul olunduğunu elan edəcəkdi. MŞ-nın belə bir addımı reformist müsavatçıların əleyhinə olardı. Ona görə də MŞ üzvlərinin onları görməməzliyə vurması düzgün addımdır”.

Qeyd edək ki, Milli Şura dünən 12 oktyabr tarixində “Məhsul” stadionunda mitinq keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol