Menu

Erməniləri “zibil” adlandıran deputat cəzalandırılır – Zöhrabyan Paşinyana görə öz xalqını təhqir edib

29.12.2020, 13:58
Erməniləri “zibil” adlandıran deputat cəzalandırılır – Zöhrabyan Paşinyana görə öz xalqını təhqir edib

Ermənistan parlamentindəki müxalif “Çiçəklənən Ermənistan” Partiyasının təmsilçisi, İnsan haqları komissiyasının sədri Naira Zöhrabyan bu gün Nikol Paşinyanın parlamentdəki partiya yoldaşları tərəfindən “məhşər ayağına” çəkilib.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan parlamentində keçirilən N.Zöhrabyanın komissiya sədri vəzifəsindən azad olunmasına dair müzakirələr erməni mətbuatının əsas mövzularından biri olub.

İş adamı Qaqik Sarukyanın partiyasını təmsil edən xanım Zöhrabyan sosial şəbəkədəki paylaşımlarının birində erməniləri “zibil” adlandırıb: “Paşinyanı hakimiyyətə gətirən zibilə nifrət edirəm”. Onun bu fikrindən sonra Paşinyanın partiyası Zöhrabyanın vəzifəsindən götürülməsinə dair prosedura başlayıb. Həmin prosedur bu gün keçirilən səsvermə ilə sona çatacaq və böyük ehtimalla parlamentdəki say üstünlüyündən istifadə edən Paşinyan tərəfdarları məqsədlərinə nail olacaqlar. Zöhrabyanın özü iclasa qatılmayacağını bildirib.

Baş nazirin tərəfdarları bildirirlər ki, Paşinyanı hakimiyyətə məhz erməni xalqı gətirib. Doğrudan da onun çağırışı ilə ermənilər kütləvi şəkildə küçələrə çıxaraq, Serj Sarqsyan hakimiyyətini devirdi və seçkidə də Paşinyana səs verdi. Ona görə də Zöhrabyanın dedikləri ermənilərin Paşinyana səs verən hissəsi üçün təhqir sayılır.

Xatırladaq ki, N.Zöhrabyan Ermənistan parlamentinin ən aqressiv və təxribatçı təmsilçilərindən sayılır. Guya Azərbaycanın Qələbə Paradına əsir götürülən erməni əsgərlərini çıxaracağına dair məlumatı da ilk dəfə parlamentdə o səsləndirmişdi.

Cəlal

“AzPolitika.info”

Şərhlər

OXUCU 2020-12-29 15:32:24

NAİRƏ TAMAMİLƏ DÜZ DEYİRSƏN ERMƏNİLƏR ZİBİLDİR.BUNU SİZ DƏ DEYİRSİZ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol