“Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, Azərbaycanda peyvənd pulsuz vurulacaq.
Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq.


Şərhlər
Vaksin insanları manqutlaşdırmaq üçün bir vasitədir. Onu əsas kütləyə kasıb təbəqəyə vuracaqlar ki, insanlar qoyuna dönsün qul kimi olsunlar,ibtidai insanlar dərrakəsinə düşsünlər,məhv olsunlar