“Müharibədən yayınmağın bir yolu vardı – əraziləri qaytarmaq və Artsaxın (Qarabağın) statusunu unutmaq”, – Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində belə yazıb. O, çevik siyasətlə müharibədən qaçmağın mümkünlüyü haqda deyilənləri cavablandırıb.
Paşinyanın sözlərinə görə, “çevik siyasət” tərəfdarlarının ən böyük xətası uzun illər müharibəyə hazırlıq deyil, ondan yayınmaq siyasəti yürütmələri olub. “Mütəmadi olaraq dövriyyəyə belə bir fikir buraxılır ki, çevik siyasətlə müharibədən qaçmaq olardı. Bunu deyənlər azından bir suala cavab verməlidirlər: niyə onların “çevik siyasəti” 2016-cı ildə müharibədən yayınmağa imkan vermədi?” – baş nazir sual edib.
Onun sözlərinə görə, Ermənistanın uzun illər yürütdüyü “çevik siyasət” 2016-cı ilin yanvarında Rusiyanın təklifilə sonuclandı. Təkliflərdə Dağlıq Qarabağın statusu dəqiqləşdirilmədən yeddi rayonun (5+2) qaytarılmasından söhbət gedirdi.
“Rusiya niyə belə bir təklif irəli sürdü? Sadə bir səbəbdən - Ermənistanın “çevik siyasəti” Madrid prosesini çıxmaza saldı, Artsax (Qarabağ) Azərbaycandan kənarda statusu yalnız Azərbaycanın razılığı ilə ala bilərdi. Həm Rusiyaya, eləcə də hamıya aydın idi ki, Azərbaycan heç vaxt bu varianta razılaşmaz və razılaşmamaq üçün bütün imkanları var. Ona görə də çıxmazdan çıxmaq yolları tapılmalıydı. Bəziləri deyirlər ki, 2018-ci ildən sonra Ermənistanın yürütdüyü siyasətin “yetərincə rusiyapərəst olmaması” müharibəyə əsas yaradıb. Elədirsə, 2016-cı ildə “yetərincə rusiyapərəst” siyasət niyə Rusiyanın təkliflərinə yol açdı, aprel müharibəsi baş verdi?” – Paşinyan sual edir.
Onun yazmasına görə, müharibədən yayınmağın bircə yolu vardı – əraziləri qaytarmaq və Qarabağın statusunu unutmaq. “İndi bu variantın tərəfdarları artır. Ancaq onlar nəzərə almırlar ki, bu halda Gorusun Eyvazlı kəndində Azərbaycan dili eşidiləcəkdi. Bizi də vaxtilə torpaqları satmaqda ittiham ediblər. İndi isə şübhəli bəyanatlarla əsirlərimizin həyatını riskə atırlar. “Çevik siyasət” tərəfdarlarının ən böyük xətası odur ki, uzun illər müharibəyə hazırlıq deyil, ondan yayınmaqla məşğul olublar. Ən böyük xətamız odur ki, iki il yarım ərzində oğurlanmış pulları qaytara bilmədik ki, müharibəyə necə lazımdır hazırlaşa bilək”, – baş nazir deyib.


Şərhlər
Ermənilər düzələn deyil, biz öz işimizi möhkəm tutmalıyıq. Ordumuzu gücləndirməliyik ki, bir də ermənilər xam xəyallara düşməsinlər. Əhalinin sayını artırmalı, infrastrukturu inkişaf etdirməli, imkan düşdükcə erməniləri ilim-ilim itirməliyik, baş qaldıranların başını əzməliyik. Yoxsa bunlar hələ də ordu qurmaqdan danışırlar...
Doğruluq payı var
Paşik,səhvə yol vermə.İşğal altındakı torpaqları ermənistan qaytara bilməzdi.İşğalçı Rusiya idi və oturmuşdu tutduğu ərazilərin üstündə.Putin indi də tutduğu ərazilərin yenidən bərpası ilə mə.ğuldur.Areaikin qaldırdığı bayrağın eskizini də Rusiya hazırlayıb.Rusiya Azərbaycanı üç yüz ildən çoxdur işğal edib.İşğal elə həmən işğaldır.Rusiya həm sərvətlərimizi mənimsəyir,həm də erkəklərimizin hesabına rus xanımları doğurlar.Bizim içimizdə də xeyli qanı qarışıq vələddüznalar var-5-ci kolon!Onlar işğalçıların dizindən aşağı ilə sürünürlər.Dizdən aşağı süründüklərinə görə üst-başlarından rus sidiyinin qoxusu gəlir..