Menu

“KTMT-də Azərbaycanla sıx əlaqəsi olan ölkə var...” - “Müraciətimiz nəticə verməyə bilərdi”

29.12.2020, 16:57
“KTMT-də Azərbaycanla sıx əlaqəsi olan ölkə var...” - “Müraciətimiz nəticə verməyə bilərdi”

Ermənistanda Qarabağ Müharibəsindəki məğlubiyyətin səbəbləri, eləcə də nədən Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) münaqişəyə cəlb olunmaması kimi məsələlər hələ də gündəmdədir.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan İrəvanın KTMT-yə kömək üçün rəsmən müraciət etməməsinin səbəblərini açıqlayıb: “Ermənistan öz sərhədləri daxilində KTMT-nin üzvüdür. “Dağlıq Qarabağ” təşkilatın üzvü deyil. Bundan başqa, KTMT-də Azərbaycanla sıx əməkdaşlıqda olan ölkə var. Ona görə də KTMT-yə müraciət nəticə verməyə bilərdi.”

Simonyan məhz hansı ölkəni nəzərdə tutduğunu deməyib. Xatırladaq ki, KTMT üzvləri Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistandır.

Cəlal

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol