“Bir qrup qadın həbsxanadadır. Pandemiya ilə əlaqədar olaraq, əfvlə bağlı məsələlər müzakirə edilməyib”.
“Report” xəbər verir ki, bunu parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Sahibə xanım ( Milli Məclisin sədri Sahibə Qafarova – red) sizdən, Obudsmandan xahiş edirəm ki, qadınların əfv edilərək həbxsanadan buraxılması ilə bağlı cənab Prezidentə müraciət edin. Cənab Prezident hər zaman vətəndaşlarımıza qarşı humanistlik göstərib. Azərbaycanda qələbə münasibətilə həbsxanada olan qadınlar qalmasınlar. Hesab edirəm ki, gələcəkdə də parlament fəaliyyətə başlayan zaman geniş amnistiya aktı imzalanmalıdır”, - komitə sədri bildirib.


Şərhlər
Ağıllı təklifdir.Həbsxana heç kimi tərbiyə etmir.İslah adı altında məhbusların gələcəyini potensial cinayətkarlara çevirir.
Siyavuş müəllim kişi adamdır.
Geniş amnistiya teklifinizi alqışlayıram. Gözəl təklifdir, amma bu amnistiya hər hansı bir qrupla sərhadlənməməlidir, Konstitusiyanıntələbi olan ayrıseçkilik qoyulmadan təyin ediləcək kriteriyalara uyğun olan hamıya şamil edilməlidir. Qadın veya kişi olmasından asılı olmayaraq.. Ümumi etdi bir qrupa şamil etmək ədalətsizlik olar. Çünki qadınlar arasında daha ağır cinayətə görə həbs yatanlar var ki, bəlkə ýuzlərlə minlərlə kişiəhkum ondan çox da yüngül cinayətə cinayətə görə həbs yatır. Cinsi ayrıseçkilik heç bir məsələdə yolverilməzdir.
deyesen toy yaddan cixdi...
ayibdir... hele bir bunun fikirlerine de yer verirsiniz
ilk dəfə ağıllı söz eşitdik