Menu

Azərbaycanda daha 1 052 nəfər koronavirusa yoluxub

30.12.2020, 17:11
Azərbaycanda daha 1 052 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 185 247 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol