Menu

Kamal Abdulla, Mənsum İbrahimov və Nailə Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər - SƏRƏNCAM

30.12.2020, 20:17
Kamal Abdulla, Mənsum İbrahimov və Nailə Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər - SƏRƏNCAM

İlham Əliyev bir qrup şəxsi “Şərəf” ordeni ilə təltif edib. AZƏRTAC məlumat verir ki, bununla bağlı Prezident Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər.

Şərhlər

t.ədalət 2020-12-30 23:54:28

Bu mükafat alanların heç biri Vətən üçün hansısa addım atmayıblar.Məsələn,Azərbaycan ədəbiyyatında hansısa yazıçı işğal altında olduğumuz vaxtlarda köləlik zəncirini qırmağa hazır olan obraz yarada bilməyiblər.Muğam da,diqqətlə baxanda mübarizə yox,nəşə məclisində xumarlanmaq üçün bir ifadır.O xalq xoşbəxtdir ki,onun yaradıcı adamları milləti boyun əyməyə,məclislərdə xumarlanmağa yox,mübarizəyə ruhlandırır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol