Menu

Naxçıvanda İşsizlikdən sığorta fondunun büdcəsi təsdiq edilib

31.12.2020, 00:31
Naxçıvanda İşsizlikdən sığorta fondunun büdcəsi təsdiq edilib

Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib. "Report"un məlumatına görə, həmin sessiyada İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi də təsdiq olunub.

Fondun büdcəsinin gəlir və xərcləri 2 milyon 800 min manat məbləğində müəyyən edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol