"BİZ BURADA AZƏRBAYCANIN MARAQLARININ KEŞİYİNDƏYİK" - "Hər kəs ağlını başına yığmalıdı" (Yenilənib)

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bu gün Bakıda Qarabağla bağlı Türkiyə-Rusiya ortaq monitorinq mərkəzində fəaliyyətə başlayacaq türk hərbçilərlə görüşüb.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Hulusi Akar hərbçiləri Azərbaycan və Ermənistan arasındakı atəşkəsə nəzarət missiyasına hazır olmağa çağırıb.

"Atəşkəs Ortaq Mərkəzdən izlənilir. Dostlarımız vəzifəmizi yerinə yetirməyə hazırdırlar. Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik", - o əlavə edib.

“Hər şey aydındır və birmənalıdır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Hər kəs bunu anlamalı, heç kim unutmamalıdır" - deyə, Hülusi Akar əlavə edib.

O, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədərimiz kədərimizdir” deyimini yada salıb və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” sözlərini xatırladıb: “Bu, dostluğumuzun və qardaşlığımızın mənasını təşkil edir”.

“Siz həqiqətən də Azərbaycanın azadlığı və müstəqilliyi, doğma torpaqlarının azadlığı üçün imanla dolu sinələrinizi sipər etdiniz. Əsgər marşında deyildiyi kimi "Azərbaycan əsgərləri geri dönməyəcək". Mübarizə davam etdi və hamı ölkə və bayrağı üçün canlarını qoydu və torpaqların təhlükəsizliyi üçün Azərbaycan Silahlı Qüvvələri tələbləri yerinə yetirdi və bu torpaqları həqiqi sahiblərinə qovuşdurdu”, - H.Akar vurğulayıb.

Nazir 44 günün Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazıldığını bildirib: "Ümid edirəm ki, bu 44 gündə qazanılan uğurlar 44 il və daha sonra da danışılacaq".

“Türkiyə və Azərbaycan “Ölsək şəhid, yaşasaq qazi” düşüncəsi ilə qardaşlığını bundan sonra da davam etdirəcək. Birliyimiz sonsuza qədər davam edəcək” - deyə  Akar bildirib.

“Ümid edirəm ki, bu, ölkələrimizin, nəcib türk millətinin xeyrinə olacaq və gələcəklərinin təminatı olacaq. Necə ki, 102 il əvvəl Nuru Paşa ilə birlikdə çiyin-çiyinə verərək işğalçılara qarşı Azərbaycan türklərinin mübarizəsinə qoşuldu və qalib gəldi, bu gün də eyni ruhla yanınızdayıq. Yenə də çiyin-çiyinə durub hər cür mübarizəni, bütün risk və təhdidlərə qarşı çıxmağı gözə alan millətik. Ona görə də bu mövzuda hər kəs ağlını başına yığmalıdır. O zamankı Qafqaz İslam Ordusu, bugünkü Azərbaycan Ordusu bütün texnologiyaları istifadə etmək və bütün imkanları səfərbər edərək bu millətin rifahı və sağ qalması üçün səylərini göstərdi və bundan sonra da göstərəcək”, - o bildirib.

Hülusi Akar daha sonra qeyd edib: “Atəşkəs rejiminin müşahidə olunması və ona nəzarət Ortaq Mərkəz vasitəsi ilə həyata keçiriləcək. Dostlarımız burada vəzifəmizi yerinə yetirməyə hazırdırlar. Bundan əlavə, partlayıcıları və minaları tapmaq, zərərsizləşdirmək və onların günahsız insanlara zərər verməməsi üçün hər cür səy göstərdik və buna davam edəcəyik. Bu baxımdan Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələri bir yumruğa çevrildi.

Bu məsələni həll etmək üçün işimizi davam etdiririk. Çünki millətimiz nəcib, ədalətli, insani dəyərlərə, ətraf mühitə və günahsız insanlara çox həssasdır. Biz yalnız terrorçularla və ya əsgərlərlə mübarizə aparırıq. Biz o satqın və alçaqlar kimi Azərbaycan şəhərlərinə raket atanlardan, Xocalıda qətliam törədənlərdən deyilik.

Bölgəni ən qısa müddətdə təhlükəsiz vəziyyətə gətirmək və bütün insanları Azərbaycan dövlətinin qanunları çərçivəsində təhlükəsiz yaşamaları üçün bütün səylərimizi göstərdik və buna davam edəcəyik. Bu Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və Türkiyə-Rusiya əsgərləri ilə birlikdə çalışaraq, azərbaycanlı qardaşlarımızın hüquqlarını və qanunlarını qorumaq vəzifəmizi yerinə yetirəcəyik”.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri bundan əvvəl bildirmişdi ki, Azərbaycanın Ağdam bölgəsində Atəşkəsə Nəzarət Mərkəzinin inşası başa çatdıqdan və fəaliyyətə başlayandan sonra bir general və Türkiyə Silahlı Qüvvələrinin 35 zabiti vəzifələrini icra edəcək.

Qarabağla bağlı ortaq monitorinq mərkəzinə dair memorandum bu il 9 noyabrda Türkiyə və Rusiya Federasiyası tərəfindən imzalanıb.

635x100

Şərhlər

CAVAN 2020-12-31 16:20:02

AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİYİ TÜRKİYƏ İLƏ BİRLİKDƏ OLMAQLA TƏMİN OLUNACAQ.YAŞASIN AZƏRBAYCAN TÜRKİYƏ QARDAŞLIĞI.

Türk 2020-12-31 16:15:12

Allah qorusun Türk qardaşlarımızı

Son yazılar