Menu

ATƏT-ə sədrliyə başlayan İsveç Dağlıq Qarabağ məsələsini diqqət mərkəzində saxlayacaq

01.01.2021, 12:59
ATƏT-ə sədrliyə başlayan İsveç Dağlıq Qarabağ məsələsini diqqət mərkəzində saxlayacaq

Bu gün İsveç ATƏT-ə sədrliyi Albaniyadan təhvil alır.

APA-nın xəbərinə görə, İsveç xarici işlər naziri Ann Linde bildirib ki, İsveç təşkilata sədrliyi müddətində Avropada təhlükəsizlik nizamını qorumağa, həll olunmamış münaqişələrin həllinə, demokratiya və gender bərabərliyini diqqəti artıracaq.

İsveç xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan yeni sədri deyib ki, ölkəsi önəmli bir zamanda bu vəzifəni öz üzərinə götürməkdən şərəf duyur: "Münaqişələr və siyasi böhranlar təhlükəsizlik, beynəlxalq hüquq, demokratik prinsiplər və davamlı inkişafa təhdid olmağa davam edərkən, ATƏT bu problemlərin öhdəsindən gəlmək və birlikdə daha güclü cəmiyyət qurmaq üçün həlledici çoxtərəfli platforma ola bilər. Sədr kimi prioritetlərimiz ATƏT-in əsas vəzifələrini vurğulamaq - Avropada təhlükəsizlik qaydalarını müdafiə etmək, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək və regionumuzdakı münaqişələrin həllinə töhfə vermək olacaq. Yanvarın 14-də proqramımızı ətraflı şəkildə ATƏT Daimi Şurasına təqdim edəcəm. ATƏT məkanında davam edən qarşıdurmalar və böhranlar, Belarusda, Ukraynada vəziyyət və Dağlıq Qarabağ ətrafında artan gərginlik təşkilatımızın davamlı və ümumi diqqətini tələb edir. Bütün bu məsələlər təbii olaraq ilin əvvəlindən gündəmimizdə olacaq".

Şərhlər

Qrız 2021-01-02 16:00:15

Qalib Israfilovun səfirliyində iş yerləri pul ilə satılr, vəzifədən asılı olaraq, 30-50000 AZN və ya dollar ödəyərək, biletleri, bağışlayın, iş yerlərini satın alıb işləyə bilərsiniz.

dronqo 2021-01-01 13:46:03

hm... bizim ATƏT-lə əlaqələrimiz də varmış.... elə isə oradakı daimi nümayəndə və səfir-yarıtmaz Qalib İsrafilovun əməlləri işıqlandırılmalıdır. bütün fəaliyyəti korrupsiya və ..... üzərində qurulan Qalib İsrafilov...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol