Menu

"Bu qərarımızla Türkiyə bazarı sarsılıb" - Paşinyan yenə özünü gülüş hədəfinə çevirdi

02.01.2021, 14:33
"Bu qərarımızla Türkiyə bazarı sarsılıb" - Paşinyan yenə özünü gülüş hədəfinə çevirdi

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və Ermənistan ordusunun ağır məğlubiyyətindən sonra ölkəsində xain elan edilən Baş nazir Nikol Paşinyan Yeni il mesajı yayımlayaraq, xalqa müraciət edib. O, Türkiyə məhsullarının ölkəyə idxalının altı ay qadağan edilməsi ilə bağlı açıqlamalar verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Türkiyəyə altı ay müddətində ciddi sanksiyalar tətbiq edirik. Bu qərarımızla Türkiyə bazarı sarsılıb. Əgər Azərbaycana dəstək verməyi dayandırsalar, qərarımızı təkrar gözdən keçirərik”, - deyə o bildirib.

Paşinyanın bu açıqlamaları sosial mediada gülüşlə qarşılanıb.

Qeyd edək ki, Ermənistan hökuməti Azərbaycan qarşısında ağır məğlubiyyətdən sonra Türkiyə məhsullarının ölkəyə idxal edilməsini altı ay müddətinə yasaqlayıb. İrəvan Türkiyənin Qarabağda baş verənlərdə rolu ilə izah edib.

Şərhlər

Azər 2021-01-02 21:42:35

Əvəzinə hər məhsulun yalnız Türkiyə istehsalı olduğu alternativini alaq.

Azər 2021-01-02 21:40:47

Azərbaycanlılar da həmrəy olaraq, heç bir rus məhsulu almasınlar. Sadə insanlar, market, dükanlardan süddən tutmuş rus avtomobillərinə qədər heç nə almasınlar. Mən çoodandır susuzluqdan yansam belə, rus suyu içmirəm...

Mehdi 2021-01-02 14:36:02

Xəstədir o

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol