Türkiyənin “Yeni Şafak” qəzeti Qarabağa göndərilən Rusiya sülhməramlılarının sayının üçtərəfli razılaşmada göstərilən rəqəmi xeyli üstələdiyini iddia edir.
“AzPolitika.info” xəbər verir ki, qəzetin bugünkü sayında dərc olunan “Rusiya anlaşmanı pozdu” başlıqlı məqalədə Rusiyanın müxtəlif adlarla Qarabağa gətirdiyi hərbi personalın sayının artıq 5 mini ötdüyü qeyd olunur: “Azərbaycanla Ermənistanın imzaladığı anlaşma gərəyi “Barış gücü” olaraq Qarabağa yerləşən Rusiya, vəzifəsindən kənara çıxaraq, işğal gücünə çevrilir. Anlaşmaya görə, Dağlıq Qarabağdakı təmas xətti və Laçın koridorundakı hərbçi sayı 1960 olacaqdı. Ancaq əsgər, məmur, texniki mütəxəssis, həkim, tibb bacısı, inşaat işçisi adı altında göndərilən rusların sayı 5 mini aşıb. Hər birində 300 əsgərin qalacağı “modul şəhərcik” yaradılacağı da bildirilir. Bu, əsgər sayının 10 min nəfərə çatdırılacağı anlamına gəlir.”
Qəzet yazır ki, bölgədə Rusiya hərbi personalının artırılması narahatlıq doğurur. Rus hərbçilərinin Qarabağdakı separatçılarla isti münasibətlər qurması, onların təchizatı məqsədilə işlər görməsi Azərbaycan cəmiyyətində ciddi narazılıqlar yaradır: “Bölgədə rus qüvvətləri olduğu halda, ermənilərin hələ də dağlıq bölgələrdə aktiv fəaliyyət göstərməklə hücumlar gerçəkləşdirməsi ağıllarda sual işarəsi yaradır.”
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Vəqfinin rəhbəri Umud Mirzəyevin və Bayburt Universitetinin müəllimi, elmlər doktoru Ramin Sadıqovun fikirlərinə yer verən qəzet yazır ki, Rusiya bölgədəki rəsmi missiyasına uyğun davranmır və ermənilərin maraqlarına xidmət edən addımlar atmaqda davam edir.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
ALLAH heç xeyir verməsin onlara.
Hörmətli YAZAR və "Yeni Şafaq", hər tərəf 27 il "sülh" dialoqu aparıblar və heç zaman iki milyona yaxın azərbaycanlı ailəsinin zorla pozulmuş ilkin insan hüquqlarını təcili bərpası qabardılmayıb və hec bir razılığa icra müddəti qoyulmayıb? Kremlsiz keçirilən hər danışıqlar da sonradan onunla razılaşdırılıb? Buna görə də qəti həll sonsuzluğa verilib və verilir.
Belə bir vziyyəti görməzdən gəlmək cinayətdir.Bizim başda oturan məsuliyyət daşıyan yetkililərimiz həmən reaksiya verməli və Rusiyanı məlumatlandırmalıdırlar.Bizimkilər niyə susur? Bəlkə müvəqqəti qələbə əldə edib lovğalanmaq üçün?Axı hadisələrin belə gedi.i yeni müharibəyə-ermnilərlə Rus birləşməsinə qarşı müharibəyə yönəlir. Müşahidə bövqeində olmamalıyıq.Sonra daha çətin və gec olacaq.füVnun fft
aye bu diqalardan adam olmuyuf,olmayacaq
Bildiyim qədər erməni mətbuatının məlumatına əsasən bəyanatda nəzərdə tutulmadığı halda Rusiya sülhməramlıları FHN-nin 1500 əməkdaşını Xankəndində yerləşdirilmişdir. Bu rəqəm əsas qüvvələrin sayı qədərdir. Belə çıxır ki, Rusiyanın özü bəyanatın şərtlərini pozur. Bunun nəyi oldu sülhməramlılar, bunun əməli adı ilə uyğun gəlmir. Erməni ictimaiyyəti hər vəchlə çalışır ki, Azərbaycan tərəfi ilə sülhməramlılar arasında hansısa insident yaransın. Misal üçün ermənistanın “NEWS.AM” saytından belə yazını diqqətinizə çatdırmaq istərdim. Hərdən bir düşmənin də mövqeyini bilmək pis olmazdı. Vətən partiyasının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs, iranşünas Vardan Voskanyan öz facebook səhifəsində görün nə yazır: Bunu nəzərə alaraq heç kim Bakı diktatorunun yaralarını sağaldıb Türkiyədən zəmanət və dəstək alaraq gələcəkdə rus sülhməramlılarına qarşı təxribata getməyəcəyini istisna edə bilməz. Və bu vəziyyətdə intiqamımız açıla bilər ki, bundan sonra da erməni fəthini həqiqi bir fürsət adlandıracağam və buna görə heç bir səy və enerjimizi əsirgəmədən hazırlaşmalıyıq. Odur ki, əziz həmvətənlərim kifayət qədər ehtiyatlı və tədbirli olmalıyıq. Güman etmirəm ki, dəyərli Prezidentimiz və sayın Ərdoğan bu barədə nəyisə fikirləşmirlər. Əlbəttə, biz internet vasitəsilə, Rusiyada yaşayan söz sahiblərimiz vasitəsilə bu məsələləri rus ictimaiyyətinin diqqətinə çatdırmalıyıq.
İş-işdən artıq keçib... Azı 10-15 min əsgər olacaq DQR-də. Bu məsəllə Allahın köməyi ilə millətin və ordunun həll edə biləcəyi problemə çevrilib.
Türkiyə ilə qurduğunuz o İttifaq rusları çərçivəyə salırdı bəs nəoldu çıxardın da rusları ay gopçular!
Rusiyanın Qarabağda 50-60 min arası qoşunu var.Onlar əvvəlcədən orda idilər. Xankəndinə gətirilən 46 min erməninin yarısı erməni hərbiçiləridir.Bu böyük ordunu təmin etmək üçün Putin gecə-gündüz Xankəndinə silah və sursat daşıyır.Hospitallar açır.Xankəndində gələcəyin ən güclü döyüş ordusu yaradılır.Putin onları dronlar və türk PUA-larına qarşı yeni silahlarla təmin edir.
Celal bey bele hessas meselelerde bir az diqqetli olub resmi melumatlara daha üstünlük vermek lazımdır mence .Millet bu qeder cavan cavan qurbanlar vermeyib ki,alkaşkar bizim haqqımıxı yesin.Hulusu Akar bey Azerbaycana ele bele gelmemişdi bir az sebrli be diqqetli olaq.Yoxsa her ağızdan bir avaz gelecek hamı ağıl vermeye başlayacaq Sebrli olun.
Gecdi daha-Xalq--birbirlərini tərifləyərək vətənimizi elə bəlaya saldılar ki 20 yanvar toy bayram olacaq- açıq danışaq
Boyuk Turk Devletleride,rusiyanin terkibinde olan 18 Turk respublikalarina,sahib cixmaliyik,onlara mekteb tikib,oz dillerinde tehsil almasini saxlamaliyiq !!!
Türkiyə və Azərbaycan niyə susur. Azərbaycan ümumiyyətlə dəvəquşu kimi başını quma soxub ki, heç nə görmür. Bu belə nə qədər davam eləyəcək? Elə eləyin ki, iş-işdən keçməsin. Sonra tumanbağını bərkitməyin heç bir xeyri olmayacaq!