Menu

ORDUMUZUN HƏRBÇİSİ QUBADLIDA MİNAYA DÜŞÜB - Xüsusi təyinatlı Vasif Məhərrəmov şəhid oldu

02.01.2021, 15:08
ORDUMUZUN HƏRBÇİSİ QUBADLIDA MİNAYA DÜŞÜB -  Xüsusi təyinatlı Vasif Məhərrəmov şəhid oldu

Azərbaycan Ordusunun hərbçisi Vasif Üzeyir oğlu Məhərrəmov Qubadlı rayonunda mina partlaması nəticəsində şəhid olub. Bu barədə Azərbaycan Silahlı Qüvvələrinin "VKontakte" səhifəsindəki mesajında deyilir.

Hadisə yanvarın 1-də Qubadlı rayonunun Qantəpə yüksəkliyində baş verib.

Mina partlaması nəticəsində Azərbaycan ordusunun hərbçisi Vasif Üzeyir oğlu Məhərrəmov ölüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-un sorğusuna cavab olaraq, ordumuzun hərbçisinin mina partlaması nəticəsində ölməsi barədə məlumatı təsdiqləyib.

Şərhlər

Xalq 2021-01-02 19:42:28

Allah şəhidimizə rəhmət eləsin! Allah erməni-rus birləşmələrini kökündən məhv eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol