Menu

Gürcüstanda daha 417 nəfər koronavirusa yoluxub, 31 pasiyent ölüb

03.01.2021, 12:25
Gürcüstanda daha 417 nəfər koronavirusa yoluxub, 31 pasiyent ölüb

Gürcüstanda son sutkada koronavirusa 417 yeni yoluxma faktı qeydə alınıb, 2 469 nəfər sağalıb, 31 pasiyent isə vəfat edib.  “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 229 169 yoluxma halı təsdiqlənib. Yoluxanların 220 442-si sağalıb, 2 603-ü isə ölüb.

Karantin rejimində 386, stasionar nəzarətdə 4 209 nəfər saxlanılır. 840 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol