Menu

Azərbaycanda daha 803 nəfərdə koronavirus aşkarlanıb - 30 nəfər ölüb

03.01.2021, 18:04
Azərbaycanda daha 803 nəfərdə koronavirus aşkarlanıb - 30 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib. Hazırda 22 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, bu günə qədər isə ümumilikdə 2 210 426 test icra olunub.

Şərhlər

Azerbaycan 2021-01-03 20:27:24

Daha deyinki karantini uzatmaq üçün bəhanə axtarırıq.

vətəndaş 2021-01-03 18:39:05

Sərtləşdirilmiş karantin rejimini uzatmaq üçün oyun oynuyurlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol