Menu

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda zəlzələ olub

03.01.2021, 19:27
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda  zəlzələ olub

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib. "Report"un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib.

Dağıntılar və ya tələfat barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol