Menu

“Möhkəm ol, Donald!” - Jirinovskidən Trampa məsləhət

04.01.2021, 00:05
“Möhkəm ol, Donald!” - Jirinovskidən Trampa məsləhət

Amerika Birləşmiş Ştatlarının (ABŞ) fəaliyyətdə olan prezidenti bundan sonra da prezident olaraq qala bilər. Bunu necə etməyi ona Rusiya Lideral-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski məsləhət görüb.

Tramp hələ prezident olaraq qalır, hər şey ona tabedir və o, dövlət başçısı səlahiyyətlərindən istifadə edə bilər: «Yaramaz prokurorları kənarlaşdırmaq, hakimləri dəyişmək, hərbçilərə komanda vermək» - deyə, Jirinovski öz teleqram-kanalında yazıb.

«Seçkilərin nəticələrini ləğv etmək üçün fövqəladə vəziyyət rejimi əsas ola bilər. Bu, Tramp üçün son şansdır, yoxsa yaxın 4 gündə demokratlar onu sadəcə, məhv edəcəklər» - RLDP-nın lideri əmindir.

Rusiya isə «maliyyə dəstəyi barədə danışa bilər, məsələn, ərəb şeyxləri tərəfindən». Jirinovskinin fikrincə, Trampa başlıca lazım olan budur ki, prezident postunda iradə nümayiş etdirsin.

«Mən, həm də ona təklif edərdim ki, nəhayət, peyvənd olunsun. Əgər lazımdırsa, biz, «Sputnik V» göndərə bilərik» - Volfoviç əlavə edib.

AzPolitika.info

Şərhlər

Millət 2021-01-04 01:57:28

Alçaq!

vətəndaş 2021-01-04 00:26:31

Bu yəqin ki ABŞ -ı Rusiya ilə səhv salıb.Ay ... ABŞ-da qanunlar işləyir sən nədən danışırsan

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol