Menu

Rusiyada bir sutkada 23 mindən çox insan COVID-19-a yoluxub

04.01.2021, 12:46
Rusiyada bir sutkada 23 mindən çox insan COVID-19-a yoluxub

Rusiyada son bir gündə daha 23 351 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 260 138 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 482 nəfər artaraq 58 988-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusdan 2 640 036 pasiyent sağalıb. Hazırda Rusiyada 561 114 pasiyent koronovirusdan müalicə olunur

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol