Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) pirotexniklərinin olduğu təyyarə bir azdan Gəncə hava limanına enəcək. Virtualaz.org TASS-a istinadən bildirir ki, onlar Azərbaycanı dəstəkləmək üçün humanitar missiya ilə gəlirlər.
“Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, - deyə agentliyin məlumatında bildirilib.
Minalardan təmizləmə işlərində “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssislər Azərbaycan FHN-in Ağdamdakı bazasında yerləşdiriləcək və yaxın vaxtlarda bu rayonun ərazilərini minalardan təmizləməyə başlayacaqlar.



Şərhlər
20 yanvar qırğını və Xocalı soyqırımını millətimiz unutmayacaq! Nə soxulmusuz torpağımıza?
bu ölkənin heç nəyini istəmir millətimiz.....Çox hiddətlənirik, rus ordusu get öz torpağına. səni burada istəmirlər. Bunu nə qədər demək olar?