Menu

Serbiyada partlayış nəticəsində 42 nəfər xəsarət alıb

05.01.2021, 22:20
Serbiyada partlayış nəticəsində 42 nəfər xəsarət alıb

Serbiyanın Metoxiya muxtar diyarının Uroşevas şəhərində kafedə baş vermiş partlayış nəticəsində azı 42 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə yerli prokurorluğa istinadən RTS telekanalı bildiribş

“Kafedə partlayış nəticəsində azı 42 insan zərər çəkib. Yaralılar arasında iki uşaq da var. Dörd nəfər ağır vəziyyətdədir”, - açıqlamada deyilir.

Qeyd edilir ki, 12 zərər çəkmiş Priştina kliniki mərkəzinə çatdırılıb, 22 yaralı isə Uroşevas şəhərinin xəstəxanasına yerləşdirilib.

Hazırda ərazidə yanğınsöndürənlər işləyirlər, hadisənin başvermə səbəbləri araşdırılır. İlkin versiyaya görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol