Menu

“Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara qədər uzadılması imkanını araşdırmaqda çox maraqlıyıq” - Aİ Komissarı

06.01.2021, 14:50
“Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara qədər uzadılması imkanını araşdırmaqda çox maraqlıyıq” - Aİ Komissarı

Avropa İttifaqının (Aİ) Qonşuluq siyasəti və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi Azərbaycan qazının Avropaya nəqlini yaxşı xəbər adlandırıb.

APA-nın xəbərinə görə, Aİ Komissarı bu barədə “Twitter”də bildirib.

“İlə başlamaq üçün yaxşı xəbər! Artıq TAP boru kəməri Azərbaycandan Avropaya təbii qaz nəql etməyə başlayıb. Cənub Qaz Dəhlizi hazırda fəaliyyət göstərir və biz onun Qərbi Balkanlara qədər uzadılması imkanını araşdırmaqda çox maraqlıyıq”, - deyə O. Varhelyi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol