Yanvarın 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərə gəlməsi Azərbaycanda etiraz doğurub. Xatırladaq ki, rəsmi İrəvan Ayvazayanın Dağlıq Qarabağa gəlməsini işçi səfər" adlandırıb və nazirin separatçı Araik Arutyunyanla görüşdüyünü açıqlayıb.
Xəbərdə bildirilirdi ki, Ayvazyan və Arutyunyan “9 noyabr razılaşmasından irəli gələn vəzifələrin icrası vəziyyətini, əsirlərin vəəsirlikdə olan mülki şəxslərin təhlükəsiz qaytarılması və münaqişə zonasında sülh və stabilliyin bərqərar edilməsi məsələlərini” müzakirə ediblər.
Qeyd edək ki, dünən Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan daAzərbaycanın Qarabağ bölgəsinə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə gəlib. Arakelyan da Xankəndidə özünü keçmiş və qondarma “dqr”in rəhbəri sayan separatçı-terrorçu Araik Arutyunyanla görüşüb.
O, Ermənistanın Qarabağ ermənilərinə dəstəyin “prioritet məsələsi” olaraq qaldığını deyib.
"Ermənistan hökuməti Qarabağ ermənilərini dəstəkləmək üçün yeni proqramlara başlamağı planlaşdırır", - M.Arakelyan qeyd edib.

Azərbaycan hökuyməti isə hələlik bu qanunsuz səfərlərə sərt reaksiya vermir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi, “sənədlər” imzalaması üçtərəfli bəyanata ziddir.
“Hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik vəəməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir ” - deyə sözçü qeyd edib.
Leyla Abdullayeva xatırladıb ki, məhz Ermənistan baş naziri həmin bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb:“Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir”.

Onun fikrincə, Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir: “10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması, bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə dəəməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir”.
Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya şərhində müharibədən sonra Dağlıq Qarabağa Ermənistanın yeni müdafiə naziri gəldiyini xatırladıb: "Dünən isə qonşu ölkənin xarici işlər naziri təşrif buyurdu, separatçı həmkarıyla Xankəndidə “əməkdaşlıq sazişi” imzaladı. Rusiyalı hərbçilər Laçın dəhlizini Ermənistanla erməni separatçılarının ixtiyarına veriblər. Bu gedişlə Ermənistanın baş naziri Nikol Paşinyan da yaxın günlərdə dəhliz üzərindən Xankəndinə gələcək. Onun üçün bu səfər son dərəcə vacibdir. O erkən parlament seçkisinə qərar verib və Xankəndinə gəlməklə cəmiyyətinə göstərməyə çalışacaq ki, “Dağlıq Qarabağ Respublikası” varlığını sürdürür və Ermənistanla əlaqələr möhkəmdir".
Azərbaycan bu situasiyada nə etməlidir?

E. Şahinoğlu qeyd edir ki, rəsmi Bakı Ermənistan müdafiə nazirinin Xankəndinə gəlişinə reaksiya verilməmişdi, erməni xarici işlər nazirinin gəlişinə isə XİN-in uzun müddətdir susan mətbuat katibi açıqlama verdi və bu səfərin 10 noyabrda qəbul olunan bəyanata zidd olduğunu vurğuladı.
"Görünür, Paşinyanın səfəri üçün də oxşar açıqlama yayınlanacaq. Bizə dişsiz və qarşı tərəfin qulaqardına vurduğu açıqlamalar yox, Paşinyanın Azərbaycan torpaqlarına qanunsuz səfərinə mane olacaq real addımlar, o cümlədən Azərbaycan-Ermənistan sərhəddinin tam şəkildə nəzarətə götürülməsi lazımdır. Hakimiyyət bu haqda ciddi düşünməlidir"-deyə politoloq vurğulayıb.

Təhlükəszilik məslələri üzrə ekspert İlham İsmayıl da bu qanunsuz səfərlərə Azərbaycanın sərt reaksiya verməıli olduğunu düşünür: "Rusiyanın ixtiyarına verilən Azərbaycan-Ermənistan sərhədini əvvəl düşmənin müdafiə naziri keçdi, indi də xarici işlər naziri, sabah da Paşinyan keçib Stepanakert meydanında mitinq etsə təəccüblü gəlməsin. Azərbaycan rəsmilərinin Yuxarı Qarabağda baş verənlərə 10 noyabrdan bəri səssiz və dişsiz qalması düşməni məğlub tərəf kompleksindən sürətlə çıxarır, 32 il bundan əvvəlki mövqeyinə qaytarır. 10 noyabrdan sonra Yuxarı Qarabağda baş verənlər və bu günkü görüş bir daha sübut etdi ki, Qarabağ münaqişəsi bitməyib və daha təhlükəli mərhələyə qədəm qoyub".
"AzPolitika.info"

Şərhlər
Bu məlumatları oxuyanda lap sinirlərim pozulur. Ermənilərin gediş gəlişinə ruslar yaşıl işıq yandırıblar. Necə istəyirlər elədə davranırlar. Paşinyanda sabah gəlib Xankəndində yallı getsə ona heç təccüblənməyək. Bəli bu onu göstərir ki, hələ qarşıda bizi çox çətin zaman gözləyir. İndidən bunun qarşısını almaq lazımdır.
Lacın dəhlizini ermənilər karvansaraya çeviriblər,amma bizimdi?
Mence bırada ince bir siyasi meqam var.Bizimkiler bu işlere resksiya bermemekda rusları falt qarşısında qoymaq isteyır ,ya da müqavile imzalananda mübeqqeti şifahi razılaşma elde olınub.Sononcu inandırıcı deyil.Bir de 270 mefet eröeni terrorçusu ya 6 nefer mehf edillib 62 neger esir hötürülemde ruslar heç ne ede bilmediler.Ne ise ola biler ki men tamamile senvem .Her halda bu ay erzinde mence qaranluq suallar aydınlaşat.Bele olmaz yeqin ki
Mence bı meselede mese ince bir meqam var :ya muharibeni dayamdırmaq haqda sened imzalananda müveqqeti güzeşt razılzşma ,ya da bizimkiler reaksiya bermemekde bu hereketleti neyanayın Ermenistan terefeinden pozuşması mesrlesini Rusiyanı fakt qarşısında qoymaq isteyirler ki buyurun Ermenistam sizi saymır.Bu ne missiyadır siz aparırsınuz.Çünki 170 slahlı ve ya 7
Bu da bizim qelebemiz , heyif şehidlerimize
Bu diga Arutunyandir nedir, onun debil oldugu sifetinden bilinir, deyirler alma baglari saldiribmish Agdamda bu tula oglu tula. Goy gelsinler, gorek indi ne etmek isteyirler.
Bizim narxozu qurtarmış xarici işlər nazirimiz harada yatıb?
Heş zad xeyirli olsun, masada verdik getdi cehennemə((
paşinyan Xankəndində mitinq etsə biz də Bakıda Azadlıq meydanında 1 milyonluq mitinq edək ki, paşik qansın...
Kim Azərbaycan ərazilərinə -Qarabağın istənilən , o cümlədən dağlıq hissəsinə, qeyri-qanuni gəlirsə XTQ, DTX və s. qüvvələrini göndərib həbs etmək lazımdır. paşik bundan sonra Qarabağa tərəf baxmaz da... Rus donuzlarından çəkinmək lazım deyil.... 30 ildir indi Aslanlar milləti özünə “qaytarıb”, axıra kimi və dəlisovcasına hərəkət etmək lazımdır.
sualım var: hökumət niyə reaksiya vermir? yoxsa fikirləşirsiniz ki, müharibə qurtarıb! rusiya bircə əməliyyatla hər şeyi dəyişə bilər.erməni-rusu yerində otuzdurmaq lazımdır!