Menu

II Qarabağ Müharibəsinin qazisi intihar edib - FOTO

06.01.2021, 23:52
II Qarabağ Müharibəsinin qazisi intihar edib - FOTO

II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev intihar edib.

APA-nın məlumatına görə, o müalicə aldığı hərbi hospitalda özünü asıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.

Şərhlər

Səbuhi 2021-01-07 08:19:49

ALLAH rəhmət eləsin. ALLAH ermənilərin evini yıxsın

Xalq 2021-01-07 00:23:02

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol