Menu

Müxalifət partiyasında kütləvi istefa

14.10.2014, 08:36
Müxalifət partiyasında kütləvi istefa

Ən iri müxalifət partiyası 18 üzvünü itirdi

Türkiyənin ən iri müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) kütləvi istefalar baş verib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Zonquldağ vilayəti üzrə idarə heyətinin üzvləri arasında partiya sıralarını tərk edənlər olub.

Belə ki, vilayət rəhbəri Halil Furatla aralarında yekdilliyin olmaması və siyasi gedişlər apara bilmədikləri səbəbilə 18 nəfər partiya üzvü istefa ərizələrini yazıb.

Xatırladaq ki, bundan iki ay əvvəl isə partiya daxilində qalmaqal yaşanmış və partiya sədri Kamal Kılıçdaroğlunun istefası tələb edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol