Menu

Katalonlar referendumdan imtina ediblər

14.10.2014, 08:41
Katalonlar referendumdan imtina ediblər

İspaniyada sentyabrın son on günündən etibarən müstəqillik üçün gerisayıma başlayan katalonlar referendumdan imtina ediblər.

ANS PRESS-in məlumatına görə, Kataloniya muxtar regionun prezidenti Artur Mas müstəqillik üçün 9 noyabrda referendum keçirilməsinə dair fərman imzalasa da, bu fikirdən daşındıqlarını və onun yerinə alternativ yolların axtarılacağını bildirib.

Qeyd edək ki, katalon liderin 9 noyabr üçün referendum keçirilməsi fərmanını imzalaması İspaniya siyasi partiyaları arasında əksəriyyətin etirazlarına səbəb olmuşdu. Baş nazir müavini Soraya Saens de Santamariya da Kataloniya parlamentini sərt şəkildə tənqid etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol