Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanda hökuməti qurmaq tapşırığı alan Saad əl-Həriri ilə görüşüb. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Görüş İstanbulda yerləşən Vəhdəddin iqamətgahında baş tutub.
Görüşdə siyasi, iqtisadi, ticari və mədəni sahələrdə Türkiyə-Livan əlaqələri müzakirə olunub, regional məsələlərdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.


Şərhlər