Menu

Bundan sonra Ramiz Mehdiyevin bir Birinci vitse-prezidenti olacaq - İsa Həbibbəyli vəzifəsindən azad olundu

09.01.2021, 10:34
Bundan sonra Ramiz Mehdiyevin bir Birinci vitse-prezidenti olacaq - İsa Həbibbəyli vəzifəsindən azad olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunub.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.

Qərara uyğun olaraq yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub.

Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.

D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.

Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.

Hazırda AMEA-nın vitse-prezidentləri aşağıdakılardır:

- Akademik İsa Həbibbəyli
- Akademik İbrahim Quliyev
- Akademik Nərgiz Paşayeva
- Akademik Tofiq Nağıyev,
- Akademik İradə Hüseynova
- Akademik Rasim Əliquliyev

Şərhlər

Mubariz 2021-01-09 11:50:17

Siz ALLAH besdirin.Azərbaycanda meger elm var akademiyasida olsun.Elm yegane sahedir ki orda yerlicilik qohumbazkiq trayvalizm kecmir.Bele etdiniz elmde belkedw Burkino-Fasodan gerideyik.Hec bir fundamental sahede elmi is yix.Ancaq plagiatlq var.Mehdiyevden yaxsi bazarkom sixar ya kolxoz sedri.O gara elm hara.Yigib bir suru yerlilerin ora.

Mehdi 2021-01-09 11:41:27

deputatlar bar-bar bağırdı ki R.Mehdiyev Rusiyanın agentidir. Erməni belə getdi,levon burdan gəldi. Bəs niyə onu o postda saxlayırlar?. Deməli qurulmuş oyun imiş

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol