Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib.
"Report" xəbər verir ki, V.Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.
O, bu vəzifədə 70 yaşlı akademik Dilqəm Tağıyevi əvəzləyib. 1939-cu il təvəllüdlü V.Fərzəliyev bundan əvvəl Elmi Şuranın sədr müavini vəzifəsini daşıyıb.
Qeyd edək ki, D.Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.
Xatırladaq ki, Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakıda anadan olub. O, 1967-dən AMEA-da çalışır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.


Şərhlər
Indi elmi ad alan gənclər kompūter "tədqiqatları" ilə 10-15 min manat qatşılığında alim olurlar. Indiki gənc alimlər kompūterdən rus, ingilis dillərində olan materialları tərcūmə etməklə alim olurlar. Bəyənmədiyiniz qocalar isə əsl alimdirlər.
Elmdə yaşla manipulyasiya etmək olmaz. Alimlik nə cinsdən, nə də ki yaşdan asili deyil.
gənclərimizə nə zaman yol açılacaq elmi ad almaq üçün.