MİLLİ SOYAD ŞƏKİLÇİLƏRİNƏ NİYƏ KEÇMİRİK? - “Tərəddüd etmədən rus sonluqlu soyadlardan imtina etməliyik”

"Kökdən dəyişmək üçün bütün sənədlərin dəyişdirilməsi tələbi də buna mane olan əsas amillərdən biridir"

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər təklif edib ki, təzə ildən vətəndaşlar milli soyadlarıdakı "ov- yev" rus sonluqlarından qurtulmaq üçün daha fəal olsunlar. Müsavat Partiyasının keçmiş başqanı bir də onu təklif edib ki, dövlət rəsmi qərar versin ki, bundan sonra doğulan uşaqlara yalnız milli soyadlar verilsin, başqa sonluqlar qadağan edilsin.

Qeyd edək ki, zaman-zaman bu məsələ gündəmə gəlib, yəni İsa Qəmbərin bu təklifi yeni deyil. Ancaq əfsus ki, indiyədək məsələ öz həllini tapmayıb. Yenə körpələrə rus sonluqlu soyadlar verilir.

Bəs problem vətəndaşlarla, onların passivliyi ilə bağlıdır, yoxsa bürokratçılıqla? Bəlkə latın əlifbasına keçiddə olduğu kimi, dövlət konkret sərt qərar versin və məsələ bitsin? Yeni bir qanuna ehtiyac varmı? Bu “xəmir” daha nə qədər “su” aparacaq?

Məsələ ətrafında yaranan bu suallarla bağlı çoxlu sayda mövqelərə, təkliflərə rast gəlirik.

VHP sədri, Xalq şairi, deputat Sabir Rüstəmxanlı hər zaman milli şəkilçilərə keçilməsinin tərəfdarı kimi çıxış edir: “O vaxt belə fikirlərin ortaya atılması, kimin tərəfindən irəli sürülməsi müəyyən etirazlarla qarşılanırdı. O zaman, yəni 1992-ci ili nəzərdə tuturam, hakimiyyətdə meydandan gəlmiş adamlar təmsil olunurdu və bu məsələni onlar qaldırmışdılar. Təəssüflər olsun ki, o vaxt kənarda olan kommunistlər və onların tərəfdarları, ruspərəst qüvvələr tərəfindən buna qısqanclıqla yanaşıldı. Familiya dəyişməsinə belə yanaşırdılar ki, guya bununla ata, baba adı dəyişilir. Amma familiya dəyişilmir. Sadəcə olaraq, familiyanın sonundakı şəkilçi dəyişilir. Bunu dəfələrlə yazmışıq, demişik. Milli Məclisdə də dəfələrlə səsləndirmişik. Hətta o vaxt yadıma gəlir ki, Məclis sədrlərindən biri dedi ki, getsin atasının, anasının da adını dəyişsin. İzah edə bilmirdik ki, burada dədə-baba adı dəyişməkdən söhbət getmir. Azərbaycana Çar Rusiyası dövründə sırınmış şəkilçidən xilas olmaq yolunu tutmuşuq. Bu gün idmançılarımızın, əsgərlərimizin, generallarımızın, üzdə olan adamlarımızın, sənətkarlarımızın o familiya ilə görünməsi insana qəribə gəlir. Bu şəkilçi axı bizim deyil, yaddır.

Bundan imtina etmək çox vacibdir. Adlarımıza bu "ov" yamaq kimi bitişdirilib. Sakitcə, bunu reklam etmədən əgər o vaxt Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlarla bağlı qeydiyyat idarəsinə tapşırıq verilsəydi ki, kim istəsə təqdim olunan şəkilçiləri "ov" yerinə işlətsinlər, bunu qeydiyyatdan keçirin, əmin olun ki, yəqin əhalinin 80-90-%-i bu şəkilçidən qopmuşdu. Bunu etmədilər. Əksinə, kim dəyişmək istəyirdi, buna maneə yaradıldı. Kökdən dəyişmək üçün bütün sənədlərin dəyişdirilməsi tələbi də buna mane olan əsas amillərdən biridir. Bu məsələ getdikcə uzanır. Artıq 30 il keçib. Ürəyimdə əminlik var ki, kim öz milli soyadını daşıyır, milli mahnılarla, ədəbiyyatla tərbiyə alıb, o savaşda da daha gözəl vuruşur. Məhz həmin uşaqlar Qarabağ savaşında qalib gəldilər. Tərəddüd etmədən şəkilçiləri dəyişmək lazımdır. Vaxt çoxdan keçib. Hətta Orta Asiya dövlətləri Tacikistan daxil, çoxdan ov şəkilçisindən imtina ediblər".(musavat.com)

635x100

Şərhlər

Veteran 2021-01-22 11:02:01

Bizim milləti kimsə məcbur etməlidir.Sovet qafalıların sayı kifayət qədərdir.Belə məsələlər 5-ci kalonunda işinə yarayır.

Veteran 2021-01-22 11:02:01

Bizim milləti kimsə məcbur etməlidir.Sovet qafalıların sayı kifayət qədərdir.Belə məsələlər 5-ci kalonunda işinə yarayır.

Veteran 2021-01-22 11:02:01

Bizim milləti kimsə məcbur etməlidir.Sovet qafalıların sayı kifayət qədərdir.Belə məsələlər 5-ci kalonunda işinə yarayır.

OQTAY 2021-01-10 10:00:34

Dusmenimiz ermeni dqalari ve Gurcu milletine toxunulmayib,rus milleti,Bizim hem hakimiyetmize "QIZIL ORDA"-ni zebt etdi ve Boyuk Turk milletini parcaladi,Qirqiz,Ozbek,Azerbaycan,Qazax ad qoydular,yetmedi soyadimizin axirna ivanoVda olan sekilci herifleride artirdi! Bu Boyuk Turk Milleti olaraq,cox tehqir edicidir,tecili bundan qurtulmaqin,vaxti gelibdir!!!!

Səlim 2021-01-10 05:19:08

Əslində bu prosses çoxdan olmalı idi. Təbii ki, təbliğdə olmalı idi. Cavabdeh qurumlar özləri insanları buna həvəsləndirməli idi. Yəqı məlum səbəblərdən Sabir müəllim demişkən hələdə bu problem qalır. Burada fikir ayrılıqları çoxdur. Ümumi bir məxrəcə gəlmək lazımdır. Çünki doğrudan da bəzi şəkilçılər soyad sonluğuna uyğun gəlmir. Əsasən - lı, - li,-lu, - lü şəkilçiləri və səkilçisiz olsa daha məqsədə uyğundur məncə. Məsələn Şıxəliyev soyadına - li sonluğu əlavə etsək soyadın deyilişi çox pis alınacaq. Sıxəlili. Deyilişi də dilə yatmır. Səkilçısiz etsək, məsələn Arif Şıxəli bu daha uyğundur. Bəli Arif Şıxəlizadə daha samballıdır, amma - zadə sonluğu farslara aiddir. Tövsiyə kimi ola bilər - zadə sonluğu, kim istəyirsə. Adlaların verilməsindədə çox problem var. Məsələn statistikaya görə səhv etmirəmsə keçən il 900 uşağa Raul adı verilib. Dəqiq bilmirəm Raul ispan, yoxsa portuqal adıdır. Bulara nəzarət olmalıdır. Yoxsa belə getsə çox şeylər itirəciyik. Ümumiyyətlə soyadlar dəyişilməsi, Azərbaycan adlarının işlənilməsi, tərtibi və qanuniləşdirilməsi lazımdır. Yoxsa kum nə itəyirsə olsun, bu düzgün deyil. Lazımdırsa lap bəzi adlardan imtina edilsin və yeni milli adlar yaransıb. Yəni diliniz kimi, adlarımızda, soyadlarımızda reforma getməlidir məncə. Amma yenədə bunu razılıq əsasında, ölkə başbilənləri etməlidir.

Kipcak 2021-01-09 22:16:22

Millət vəkili Sabir Rüstəmxanlı razıyam, amma tek şəkilçisi yox hətta millət deyişmək lazımdır , çünki 1936 ildə Azərbaycanda yaşayan türklər oldu szərbaycanlar,biz oguz-kipcaj türklər və Azərbaycan sadəcə torpağın adidir

S.ƏHMƏDOV 2021-01-09 20:31:06

SABİR MÜƏLLİM BU MƏSƏLƏ TƏCİLİ HƏLLİNİ TAPMALIDIR.MÜQƏDDƏS İŞ HƏLLİNİ TAPARSA SOYADIMIZ MİLLİ KİMLİYİMİZİ GÖSTƏRMİŞ OLACAQ.

S.ƏHMƏDOV 2021-01-09 20:28:49

SABİR MÜƏLLİM BU MƏSƏLƏ TƏCİLİ HƏLLİNİ TAPMALIDIR.MÜQƏDDƏS İŞ HƏLLİNİ TAPARSA SOYADIMIZ MİLLİ KİMLİYİMİZİ GÖSTƏRMİŞ OLACAQ.

Cəmşid Dərələyəzli 2021-01-09 16:34:17

Sabir Rüstəmxanlı- “Bunu dəfələrlə yazmışıq, demişik. Milli Məclisdə də dəfələrlə səsləndirmişik”. Demək yaxşı səsləndirməmisiniz Sabir müəllim. Ola bilsin səsləndirmisiniz, ammma görünən o ki, hər şeydən öncə bir ziyalı olaraq arxasınca getməmisiniz. Ona görə də 30 ilə yaxın bir zaman keçir, məsələ hələ də öz həllini tapmır ki, tapmır. Bəli bu məsələdə öncə günahkar Milli Məclisin “daimi deputatları” (yenilərinin də məfkurəsi məlumdur) və bir də Ədliyyə Nazirliyidir. Çünki, müstəqillik aktı qəbul ediləndən sonra nə qədər çətin olsa idi də kütləvi surətdə soyadlarda şəkilçilər dəyişməli idi. Hans ki, indiyə kimi görün şəxsiyyət vəsiqələri neçə dəfə dəyişdirilmişdir. Məncə həmin dövrə qədər şəxsin adına olan başqa sənədlərin isə dəyişilməsinə heç ehtiyac yox idi. Bu barədə qanun olmadığından hələ ov- yev bir yana, yeni nəsil qoyulan adlarla, seçilən soy adlarla məsələni daha da qəlizləşdirdilər.Belə ki, yeni nəsil doğulan uşaqlara eyibəcər yabançı adların qoydular, ikincisi bu sahədəki anarxiya səbəbindən qoyulan yeni soyadlar ailə şəcərəsinin tamamilə itirmiş oldular. Siz təsəvvür edin bir ailədə beş uşaq varsa böyüyüb evlənirlər. Hərəsi onlardan doğulan uşaqlara müxtəlif soy adlar qoyurlar. Məsələn, ailə başçısının adı Məhəmməd, soyadı Gülməmmədov gedir. Onun səkkiz oğlu var. Onlardan törəyən nəvələrə biri soy ad verib, baba adını Məmmədli, biri verib Gülməmmədli, bir verib Gülməmmədzadə, biri verir Məmmədzadə. Beləliklə kökü bir olan ailənin üçüncü nəsildə şəcərəsi tamamən itir. O zaman, yadımdadı Sabir müəllimin dediyi kimi, meydandan gələnlərin parlamentinə və sonrakılara da bu barədə təklif də göndərmişdim. Ki, soyadlardakı Rus şəkilçilərindən dərhal imtina edilməlidir. İkincisi ad qoyuluşuna bir düzən gətirilməli bunun üçün, qeydiyyat idarələrinə siyahı təqdim olunmalıdır ki, hər kəs milli mentalitete yad, ağlına gələn yabançı adları uşaqlarəna qoymasın. Üçüncüsü, soyadların qoyuluşunda elə bir ortaq qərar verilsin ki, ov-yevsiz şəcərə itməsin. Bunun üçün təklif vermişdim ki, yaxşı olar yeni doğulan nəsillərə soyadlar doğulduğu bölgənin adları ilə əlaqələndirilsin. Məsələn Həsənov Hüseyin Vidadi oğlu Borçalıdandı. Hüseyin evlənir yeni doğulan uşağa ad qoyulur Vaqif. Deməli yeni doğulan uşağın ad, soyadı köhnə qayda ilə olmalıdır, Həsənov Vaqif Hüseyin oğlu. Bizim verdiyimiz təkliflə isə olmalıdır Hüseyinli Vaqif Borçalılı. Yəni yeni doğulan uşaq bir ömür ata adının daşıyıcısı olur, soy adı isə dəyişir olur Botçalılı. Eləcə də digər bölgələrdən olanlar da olur, məsələn Qarabağlı,Göyçəli, İrəvanlı, Dərələyəzlili, Zəngəzurlu, Dərbəndli, Təbrizli, Zəngibasarlı, Bakılı, Gəncəli və. S. Bu həm şəcərə baxımından, həm də çoğrafi baxımından nəsillərin itməməsini özündə saxlayır. Həm də sonradan bizdən qoparılmış ərazilərin soyadlarda yüz illərlə yaşamasına nədən olur ki, bu da gələcəkdə istənilən vaxt ərazi mübahisələrində önəmli bir arqumentə çevrilir. Bu sadəcə bir təklif. Təbii ki, digər ziyalılarımılz daha optimal təkliflər irəli sürə bilərlər. Xüsusən də Sabir müəllimin kolleqaslndan olan ziyalılarımlz.

Eli 2021-01-09 16:11:21

Szbir beyin mövqeyi çıx düzgün mövqedir bu Milli kimliyin teyini ve tesdiqi meselesidir.Biz burda gelin ya be bezemirik ki, yaraşır ya yaraşmır soruşaq. Ta qarın otarma ile meşğul deylik

Ziyafət 2021-01-09 15:29:22

Sabir bəy, heç olmasa bir dəfə millətin dərdi ilə məşģul ol. Millət nə hayda, sən nə hayda. Hələ şəhər yerində millət evində acından, soyuqdan ölūr. Kəndləri drmirəm. Sən də familiya sonluqlarını atmısan ortaya!!! Heç olmasa millətin sosial problemlərinin həlli ūçūn bir təklif ver.

Helime 2021-01-09 12:38:04

Familiyalarin hamisini shekilchiden azad etmek alinmayacaq.Chunki bezi soyadlar bu halda chox eybecer olacaq. En yaxshi variant oz adi ve ata adi( soyad evezine, misal uchun- Nigar Eliyeva Farizqizi, ola biler Nigar Farizqizi ve ya qisaldilmish soyadla Nigar Eli. Kim nece isteyir. Soyadlarin tam kokunden deyishilmesi ile razi deyilem. Chunki, bele olan halda, bundan ilk kriminal alem, milletini gizletmek isteyen ve s istifade edecek. Zade, li, lu, lü kimi shekilchilerde her soyada yarashmir, hem de nech menasida bilinmir

Son yazılar