«Sağlamlıq və idman qidalanması» üzrə Federal tədqiqat konsultativ-diaqnostika mərkəzinin müdiri, dietoloq, həkim-terapevt, tibb elmləri namizədi Yekaterina Burlyayeva (Rusiya) əmindir ki, yeyinti məhsullarının heç biri koronavirus xəstəliyi əmələ gətirə bilməz.
Sağlamlığa zərər vurmaq, bununla da xəstəlik riskini artırmaq və ya xəstəliyin gedişini çətinləşdirmək isə hansısa konkret ərzaqlara xas deyil, ancaq bəzi ərzaqlardan düzgün istifadə etməmək buna səbəb olur.
«Ərzaqın özü yox, ancaq insanın ömür boyu topladığı nəticələr günahkardır. Bu, bir anlıq təsir deyil, düzgün olmayan kompleks adətlərdir ki, xəstəliyə gətirib çıxarır, sonda isə Covid-19 xəstəliyinə təsir göstərir» - həkim-dietoloq izah edir. Məsələn, artıq bədən çəkisi ki, insan uzun illər «yeyir», ürək-damar xəstəliklərinin, şəkərli diabetin və bir çox digər xəstəliklərin baş qaldırmasına gətirib çıxardır. Həmin xəstəliklərin iştirakı isə öz növbəsində, koronavirus infeksiyasını mürəkkəbləşdirə bilər.
Həkim qeyd edir ki, «Rospotrebnadzor» Qidalanma və biotexnologiyalar federal mərkəzilə birgə uşaqlar və yaşlılar üçün ev şəraitində koronavirus infeksiyası ilə bağlı özünütəcrid zamanı qidalanma üzrə xüsusi rejim işləyib hazırlayb. Orada immuniteti möhkəmlədən və deməli, koronavirusa qarşı dura biləcək ərzaqlar sadalanır. Yenə orada məhdudlaşdırılması vacib olan ərzaqların adları da sadalanır.
Ekspertlər duzdan, şəkərdən, doymuş və trans-izomer yağ turşularından, o cümlədən, ərzaqlardan istifadəni ixtisar etmək hesabına onlardan istifadəni minimuma endirməyi tövsiyə edirlər, nədən ki, onlar qidalanma rasionunda kritik əhəmiyyətli qida maddələrinin əsas mənbəyini təşkil edirlər. Belə ərzaqların top-siyahısına şəkərli və unlu-qənnadı məhsulları, əla nölü undan hazırlanmış çörək və çörək-bulka məhsulları daxildir. İçkilərdən isə həmin siyahıya şirin qazlı içkilər, şirə tərkibli içkilər (o cümlədən, nektarlar) daxildir. Ət məhsullarını (kolbasa - bişmiş, bişmiş-hisə verilmiş, hisə verilmiş, çiy hisə verilmş, çiy-qaxac edilmiş), sosisləri, sardelkaları, delikates məhsuları və yüksək yağlı ərzaqları da məhdudlaşdırmaq gərəkdir.
Bundan başqa, tərkibində yağın kütlə payı 30 faizdən artıq olan pendirləri də azaltmaq tövsiyə olunur. Qadağan olunmuş ərzaqlar sırasında çipslər, fastfud və mayonez də yer alır.
Bu məqamda həzrəti-peyğəmbərimizin sağlamlıq barədə bir kəlamını xatırlatmaq istərdik. İslam peyğəmbəri yəhudi həkimə deyir: «Bu yerin adamları acmasa süfrəyə oturmaz, süfrədən isə ac qalxar…»
Agözlükdən uzaq olun ki, sağlamlığınızı itirməyəsiniz.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər