Menu

Almaniya erməni siyasətçinin qaçqın statusunu ləğv etdi

10.01.2021, 12:15
Almaniya erməni siyasətçinin qaçqın statusunu ləğv etdi

2015-ci ildən Almaniyada qaçqın statusu ilə yaşayan erməni siyasətçi Kevork Almassiyan vətəndaşı olduğu Suriyaya deportasiya ediləcək.

“Report”un Avropa bürosunun Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) əldə etdiyi məlumatda deyilir ki, erməni siyasətçinin ölkəni könüllü olaraq tərk etməsi üçün bir ay vaxt verilib.

Buna səbəb isə, onun Suriyadakı Bəşər Əsəd rejimini müdafiə etməsi, eyni zamanda ölkənin irqçi siyasəti ilə seçilən Almaniya üçün Alternativ (AFD) Partiyasından olan deputat Markus Fronhaymerin ofisində çalışmasıdır.

Məlumatda deyilir ki, K.Almassiyan vaxtı ilə Almaniyadan sığınacaq tələb edərkən, Bəşər Əsəd rejimi dəstəkçilərinin onu öldürmək istədiklərini bildirib. Ancaq erməni əsilli siyasətçi 2019-cu ildə öz “Twitter” profilində Azad Suriya Ordusuna qarşı olduğunu, Bəşər Əsəd rejimini müdafiə etdiyini açıq şəkildə yazıb.

Kevork Almassiyan

Kevork Almassiyan

Bundan sonra BAMF onun barəsində daxil olan məlumatı dəyərləndirib və qaçqın statusunun ləğv edilməsi barədə ötən gün qərar qəbul edib. Qərarda K.Almassiyana ölkəni könüllü tərk etməsi üçün bir ay vaxt verilməsi, əks təqdirdə zorla deportasiya ediləcəyi göstərilib.

Qeyd edək ki, A.Almassiyan Vətən Müharibəsi zamanı Almaniya və Suriya televiziya kanallarına Azərbaycan əlyehinə müsahibə və açıqlamalar verib. Dəfələrlə suriyalı muzdlu döyüşçülərin Azərbaycan tərəfdən Ermənistana qarşı döyüşməsini iddia edib.

Məlumat üçün bildirək ki, Almaniyada 2013-cü ildən bəri Suriyaya deportasiya etməmə qərarı keçən ilin dekabr ayında uzadılmayıb. Almaniyada Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, 2021-ci ildən qaçqın statusunu itirən, sığınacaq ala bilməyən və eyni zamanda Almaniyada adı cinayət işlərinə qarışan Suriya vətəndaşları ölkələrinə sürətli şəkildə deportasiya ediləcəklər.

Şərhlər

Səfirin ucuz dezinformasiyası 2021-01-12 15:29:06

bu xeberlerin menbeyi Azerbayacanın Almaniyadakı səfirliyidir. Amma bu bele de şişrdilesi xeber deyildir. Adıçəkilən şəxs sıravı miqrantlardan biri olub, ÖZü də alman hökuməti onunla çox hörmətlə davranıb, digər mqirantlar geceyarısı evinden zorla hava limanına aparılarkən ona iki ay icaze verilib. Haqqında söbhbət açılan şəxs də işini məhkəməyə verib və böük ehtimalla qalib gələcəkdir. Odur ki, burada nəsəs skandal doğuracq bir şey yaoxdur. Görünür ki, Berlindəki səfirliyimiz yarıtmaz fəaliyyətini gizlətmək üçün bü cür tryuklara əl atır, həm xalqımızı, həm də dövlətimizin rəhbərliyini aldadır. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol