Yunanıstanın xarici işlər naziri Nikos Dendias yanvarın 10-da «Katimerini» qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Ankara ilə danışıqlar bərpa olunanda Afina konstruktiv əhvalda olacaq.
Bununla bərabər, Yunanıstan diplomatiyasının başçısı ondan narahat olduğunu bildirib ki, Türkiyə iki ölkə arasındakı danışıqların ötən raundundan sonrakı 5 ildə xeyli dəyişib.
«2021-ci ildəki Türkiyə 2016-cı ildəki Türkiyə deyil. Bugünkü Türkiyə 2000-ci illərin Türkiyəsindən fərqlənir. O zaman Türkiyə Avropaya inteqrasiyaya can atırdı» - Nikos Dendias qeyd edib.
Afina-Vaşinqton münasbətləri barədə suala cavab verərkən, xarici işlər naziri deyib ki, hazırkı şəraitdə tərəflər qarşılıqlı müdafiə əməkdaşlığı barədəki sazişin reallaşdırılmasını müzakirə edirlər. Saziş 2019-cu il oktyabrın 5-də imzalanıb.
«Bizim hədəfimiz Birləşmiş Ştatlarla münasibətləri möhkəmlətməkdən ibarətdir, çünki bu, Yunanıstanın geosiyasətini daha geniş bölgədə möhkəmlədir» - nazir bildirib.
Dendias həm də bəyan edib ki, ötən il Yunanıstan «onilliklər boyunca həll olunmamış qalan məsələləri qapadıb».
«Biz, üç mühüm saziş imzalamışıq. İkisi İtaliya və Misirlə dəniz zonalarına aiddir. Üçüncü məsələ Birləşmiş Ərəb Əmirlikləri ilə xarici siyasət və müdafiə sahələrində novator əməkdaşlığına aiddir» - nazir bildirib və qeyd edib ki, ölkəsi Fransa və digər ölkələrlə də əməkdaşlığı genişləndirməyə can atır.
«Bu həftə mən, İtaliya və Portuqaliyaya səfər edəcəm. Ardınca Belikaya səfər gəlir, bir qədər sonra isə Baltik ölkələrinə gedəcəm» - Dendias bildirib. Kipr məsələsinə gəlincə, Dendias Afinanın optimist olmadığını dilə gətirib və bildirib ki, «Türkiyə rəsmi şəxslərinin və kiprli türklərin liderinin ritorikası buna ümid vermir».
AzPolitika.info


Şərhlər