Menu

Türkiyə hərbi aviasiyası uzun fasilədən sonra PKK-ya zərbələr endirdi

14.10.2014, 11:04
Türkiyə hərbi aviasiyası uzun fasilədən sonra PKK-ya zərbələr endirdi

Türkiyə Hərbi Hava Qüvvələri uzun fasilədən sonra PKK terror təşkilatının mövqelərinə zərbələr endirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, PKK-çıların Türkiyə-İraq sərhədindəki Dağlıca zastavasını son 3 gün ərzində dəfələrlə atəşə tutmasından sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının qərarı ilə Diyarbəkir və Malatyadakı aviabazalardan qalxan “F-16” və “F-4” hərbi təyyarələri terrorçuların mövqelərini bombardman edib.

Əməliyyat nəticəsində terrorçuların ciddi itki verdiyi bildirilir.

Qeyd edək ki, kürd probleminin həlli üzrə “çözüm sürəci” başladıqdan bəri ilk dəfədir ki, Türkiyə ordusu PKK-çılara qarşı aviazərbələr endirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol