Menu

Ermənistanın Müdafiə Nazirliyi Qarabağ rejimi ilə birgə iclas keçirib

14.10.2014, 11:34
Ermənistanın Müdafiə Nazirliyi Qarabağ rejimi ilə birgə iclas keçirib

Oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyində iclas keçirilib. “Media forum” saytı “Armtoday.info” ya istinadla xəbər verir ki, müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi ilə keçirilən iclas ordunun maddi-texniki təminatı, tədarükün proqramlaşdırılması və planlaşdırılması problemlərinə, həmçinin Ermənistan Silahlı Qüvvələrində nizam-intizamın möhkəmləndirilməsinə həsr olunub.

Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərinin iştirak etdiyi iclasa Dağlıq Qarabağın separatçı rejiminin hərbi rəhbərliyi də videobağlantı vasitəsilə qoşulub.

İclasda çıxış edən Ohanyan bildirib ki, bəzi zabitlərin xidməti vəzifələrini vaxtında yerinə yetirə bilməməsi ucbatından problemlər yaranır: “Bir müddətdən sonra günahkarlar hüquq müdafiə orqanlarının diqqət mərkəzinə gətirilir və müvafiq cəzalarını alırlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol