"ƏLİ HƏSƏNOVUN BİZNESİ KƏNAR MÜDAXİLƏLƏRLƏ ÇÖKDÜRÜLÜB" – “Ləğvetmə cinayət məsuliyyətindən azad etmir”

Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun 7 ailə şirkətinin könüllü ləğv edildiyi açıqlanıb.

Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində ləğv edilən şirkətlərin siyahısı dərc olunub. Bunlar “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər və “Kaspi Co” MTK-dır.

Adları çəkilən şirkətlər təhsil, media, reklam, ictimai iaşə, tibb, ticarət və tikinti sahələrində fəaliyyət göstərirdi.

Vəkil Aqil Layıc “Press Klub”a bildirdi ki, şirkət rəhbəri onun ləğvinə qərar verərsə, bu barədə elan verməli, tərəfdaşları varsa, onları xəbərdar etməlidir: “Şirkətin kreditləri varsa, kreditorlar və başqa tərəflər bundan xəbərdar olmalıdır”.

Belə məlumatlar yayılıb ki, Ə.Həsənovun ailəsinə məxsus şirkətlərdə son vaxtlar maliyyə durumu yaxşı deyildi, işçilərin maaşları ödənilmirdi.

Vəkil deyir ki, şirkətlər ləğv olunsa belə, oradakı pozuntu hallarıyla bağlı araşdırmalar davam edə bilər: “Ləğvetmə mülki məsuliyyətdən azad edə bilər, cinayət məsuliyyətindən isə yox. Araşdırma aparılıb, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallar üzə çıxarılarsa, bu halda, şirkətin ləğv olunması məsuliyyət daşıyan şəxsləri cəzadan yayındıra bilməz”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Əli Həsənovun ailə şirkətləri onun vəzifəsinin yaratdığı imkanlar hesabına əldə edilmişdi, o, vəzifəsini itirəndən sonra şirkətlərin də əlindən çıxması təbiidir: “Baş verənlər oliqarxiyanın mövcudluğunun göstəricisidir. Əgər maliyyə resursları və siyasi resurslar eyni əldə cəmlənirsə, bu artıq oliqarxiyadır. Tutduqları siyasi postdan, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, biznes qururlar".

Mehman Əliyevin fikrincə, Əli Həsənovun ailə biznesi kənar müdaxilələr hesabına çökdürülüb, şirkətlərin ləğvi də məcburiyyətdən olub.

Xatırladaq ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib.

"AzPolitika.info"

635x100

Şərhlər

Azər 2021-01-22 10:05:31

Eldar Mahmudov da tutulmalıdər ....

Shahin 2021-01-15 08:01:25

Dunen gordum Metbuat evini rushvet uzre olkede rekord qiran shefi bir olub, geliri iki axira bolunen Tomojniye veribler.

Qafur YAPoğıu 2021-01-15 01:58:19

Baxın də ölkədə kim cinayət törədirsə, kim korrupsiya ilə məşğul olursa mütləq YAP siyasi şurasının üzvüdür və ya YAP İdarə heyətinin üzvüdür, ya darayon təşkilatının sədridir. Bu Əli Həsənov uzun illər Siyavuş Novruzov və Əli Əhmədovla əlbir olub bütün dələduzları, rüşvətxor, saxtakar iş adamlarını YAP-ın təşkilatlarına sədr, sədr müavini, oradan da icra hakimiyyətlərinə vəzifələrə, və ya deputatlığa gətirdi. YAP üzvü olan nə qədər layiqli kadrlar,hakimiyyətə sadiq qabiliyyətli və savadlı insanlar bunların tərəfindən mənəvi təhdidlərə, qarayaxmalara, ədalətsiz münasibətlərə tuş gəldilər. Bu üç nəfər Ramiz Mehdiyevin kadrı olun ölkədə kadr siyasətini səhv yola saldılar. YAP-da Heydər Əliyev yolundan sapdıran, təşkilatları və mərkəzi aparatı saxtakarlıq, yalan, rüşvət, ədalətsizlik girdabına yuvarladan da R.Mehdiyevin ən yaxın komandası olan Əli Həsənov-Əli Əhmədov-S.Novruzov cütlüyüdür.

boris 2021-01-14 21:14:44

Əli ilə paralel eyni kursda oxumuşuq,yaxşı oxuyan,kasıbyana dolanan sakit bir oglan idi.3 kursadan sonra təhsilini Moskvada davam etdirən Əli bilmirəm niyə öz tərbiyəsinə uygun,nəfsinə uygun hərəkət etmədi,ona görə çox təəssüflənirəm.

Roma 2021-01-14 16:15:54

Əli Həsənov danışanda deyərdin ki, bu adamı Dövlətçiliydən başqa heç nə maraqlandırmır, ancaq əksinə imiş, onu Dövlətçilik yox, şəxsi mənafe maraqlandırıb. Bir sözlə törətdiyi cinayətin cəzasını almalıdır...

Zi-bı 2021-01-14 13:43:57

bash verenler qerez elametdir. Eger on ahucum edenler heqiqi edaletin ve xalqin terefindedirlerse, onda niye Elmar Mammedyarovla da bu qeder meshgul olmurlar? Meger Mammed-yarovun Azərbaycana vurduğu ziyanlar ve etdiyi xeyanetlerin üstünden sükutla keçmek olar?

Son yazılar