Menu

Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

15.01.2021, 12:19
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub.

"Report" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub.

Daha sonra dualar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol