“Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında birbaşa dialoqun qurulmasını, eləcə də iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Düşünürük ki, bu cür təşəbbüslər barışıq, qarşılıqlı anlaşma, etimad mühitinin formalaşmasına kömək edir. Bunlar həm Azərbaycan, həm də erməni xalqının və prinsipcə bütün Cənubi Qafqaz regionunun, deməli həm də Rusiya Federasiyasının xeyrinə olardı. Bakı və İrəvan bu istiqamətdə hərəkət etmək üçün səmimi meyl nümayiş etdirirlərsə, Rusiya tərəfi bu cür humanitar aksiyaları dəstəkləmək niyyətindədir”, - o bildirib.


Şərhlər
Bakı ilə yerevan arasında uçurumu da Rusiya yaradıb.Rusiyanın humanitar yardımı da işğal kimi ağır və qəbulolunmazdır.Harda Rusiya var,orda ölüm var,körpə uşaqların və qocaların qətli var,özgə torpağının işğalı var.